İnsult riskindən xilas olmağın - Ən sadə yolu



Gün ərzində yarım saatlıq yürüşlər insan həyatını insultdan xilas edir.

Teleqraf.com xəbər verir ki, İsveçin Hotenburq Universitetinin alimləri gün ərzində yürüş etməklə, orqanizmdə insult baş vermə dərəcəsinin azalması arasında əlaqəni aşkar ediblər.

Təcrübələr 2 300 insan arasında aparılıb. Oturaq həyat tərzi keçirən insanlar arasında beyin insultu keçirmək riski 20 % təşkil edir. Bu riskə pəhriz, həyat tərzi və yaş kimi amillər də təsir edir.

Ekspertlər insanları yalnız fiziki hərəkətlər etməklə kifayətlənməməyi, bununla yanaşı gündəlik yarım saat, həftə ərzində isə minimum 4 saat ərzində gəzməyi tövsiyə edirlər.

Həmçinin, alimlər fiziki hərəkətlər edən və aktiv həyat tərzi keçirən insanlarda ürək-damar xəstəliklərinin yaranma riskini olduqca aşağı qiymətləndiriblər. ABŞ-ın Şimali Karolina Universitetində mütəxəssislər fiziki hərəkət və pəhrizə diqqət edən insanların gələcəkdə qan dövranında heç bir problemlərin yaranmadığını müşahidə ediblər.


Tarix: 23-09-2018, 09:43
Xəbəri paylaş





Xəbər lenti