Ülviyyə Quliyeva malik qızı Ağcabədi rayonun Şahsevən kəndindəndir. O, sosial-iqtisadi vəziyyətinin ağır olması ilə bağlı redaksiyamıza müraciət edib.
Şikayətçi deyir: “Yaşadığım ev anamındır. Mən yerli, yoldaşım isə Xocalı köçkünüdür. Boşanmışıq. 1 övladım var - Rəsmiyyə Qəhrəmanlı. Boşanandan sonra sosial yardım alırdım. Ağcabədidə sosial təminat idarəsinə gedirəm. Hər il sosial yardım alırdım. Bu il dedilər ki, ananı üstünə yaz. Anamın 61 yaşı var. Ona nə iş tapım?
3 aydır zavod dayanıb. İşsizəm. 120 manat alırdım. Anamın işığını kəsdilər. İşiq pulunu necə ödəyək, mənə köməklik etsinlər, uşağımın sosial müavinətini düzəldim. Dolanışığımız çətindir. Gedirəm soğan çıxarmağa. Cəmi 6-7 manat verirlər. Vəziyyətimiz ağırdır. Sosial müavinət vermirlər, heç olmasa, işlə təmin etsinlər. İşə gedib gəlməyim 1 manatadır. Pambıq zavodunda işləyirik. Tonnaj olmur. 3 aydır zavod dayanıb. Alətlər yoxdur ki, təmir etsinlər. Ağcabədinin icra başçısı Şahin Məmmədovun yanına getdim. Dedilər ki, başçının zavodu var iş verə? Aliment ala bilmirəm. Uşağın məktəb paltarını belə ala bilmədim. Qonşudan borc almışam. Onları başa sala bilmirəm ki, mənim anama aidiyyətim yoxdur. 142-yə zəng etdim. Onlar da dedilər ki, sizə sosial yardım düşür. Yerli şöbə isə sənədimi təsdiqləmir”.
Ümid edirik, aidiyyəti qurumlar anaya köməklik göstərəcək.
E.HÜSEYNOV