Siyavuş Novruzov: “Yas və toy mərasimləri ilə bağlı qanun qəbul etmək lazımdır”


Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında ölkədəki bələdiyyə üzvlərinin sayının çox olduğunu söylədi. “Elə yerlər var ki, bələdiyyə üzvlərinin sayı 17-18 nəfərə çatır. Bir rayondan uzağı 2 millət vəkili seçilir, amma 200-300 bələdiyyə üzvü”-S.Novruzov əlavə etdi.

Bunun ardınca S.Novuzov yas və toy mərasimlərinin artıq qanunla tənzimlənməsini zəruri saydı: “Əks təqdirdə bu məsələlər tövsiyə ilə, verilişlə, ziyalıların çağırışı ilə həllini tapmayacaq. Bu biznesdən vəsait qazanan insanlar müxtəlif bəhanələr gətirirlər və məsələ həllini tapmır. Dini ekstremizmlə bağlı qanun qəbul olunandan sonra bu sahədə vəziyyət yaxşılığa doğru dəyişdi. Odur ki, yas və toy mərasimləri ilə bağlı da qanun qəbul etmək lazımdır”.(Musavat.com)



Tarix: 1-10-2018, 13:51
Xəbəri paylaş





Xəbər lenti