Narın bilinməyən sirləri – Kişi qüvvətini artırır

Nar




Mütəxəssis “narın xeyir vermədiyi bir şey yoxdur” ifadəsindən istifadə edib

 "Nar bir çox orqanlara xeyirlidir. Bu meyvə ürək, həzm sistemi, beyin və bütün sistemlərə təsir edir".

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Radiasiya Onkologiyası üzrə mütəxəssis, həkim Yavuz Dizdar açıqlama verib.

Duzdar “narın xeyir vermədiyi bir şey yoxdur” ifadəsindən istifadə edib. Onun sözlərinə görə, bu meyvə xroniki xəstəliklərin qarşısını alır.

"Revmatizmdən, alzheymer xəstəliyinə qədər ağlınıza nə gəlirsə, hamısına faydalıdır. Narın tumları ürəyi qoruyan yağ turşuları ilə zəngindir. Tərkibində vitamin və minerallar var. Bəzi birləşmələr bağırsaq qurdlarının inkişafının qarşısını alır. Antibiotik təsir göstərib, bədənin mikroorqanizmlərini sağlam saxlayır. Ağız və diş sağlamlığı üçün güclü təsirə malikdir" deyə Düzdar qeyd edir.

Həkim bildirib ki, nar kişilərdə sprema sayını artırır və onun keyfiyyətini qaldırır. Bu səbəbdən də həkim kişilərə çox nar yeməyi məsləhət görür.

Tarix: 16-10-2018, 09:02
Xəbəri paylaş





Xəbər lenti