Deputat qocalara vəzifə paylayır – Şikayət

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” öz əksini tapıb. Xatırladaq ki, Qanuna əsasən 65 yaşına çatmış, dövlət strukturunda çalışan şəxslər mütləqdir ki, həmin müəsisə tərəfindən təqaüdə çıxarılmalıdırlar. Düzdür Qanunda bəzi istisnalar var. Lakin bu istisnalar elmi dərəcəsi olan şəxslərə şamil edilir. Yerdə qalan istənilən şəxsə dövlət qulluqçusu olub–olmamasından aslı olmayaraq mövcud maddə şamil edilməlidir. Onu da qeyd edək ki, bəzi dövlət və ya qeyri-dövlət qurumları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini bilərəkdən pozurlar. Belə qurumlardan biri də Qızıl Aypara Cəmiyyətidir. BakuNews.az-a daxil olan məlumata görə Cəmiyyətin Ağdam rayon təşkilatının rəhbəri Firuzə Əliyeva Qanunun müəyyən etdiyi müddəti artıq çoxdan tamamlayıb. Lakin bu müddət nədəndirsə Cəmiyyət rəhbərliyni qətiyyən narahat etmir. Mənbənin verdiyi məlumata görə Cəmiyyətin Ağdam bölməsinin rəhbəri olan yaşlı qadını yerində tapmaq artıq uzun müddətdir ki, müşkülə çevrilib. Nəzərə alsaq ki, Ağdamın 3/2-si işğala məruz qalıb və bu ərazidə yaşayan insanlar həssas təbəqəyə aiddir, o halda daha ciddi mənzərə ortaya çıxır. Lakin məsələnin ciddiliyi artıq yaşı ötmüş, nəinki nəvələrinə, hətta nəticələrinə qayğı göstərmək mərhələsində olan bir xanımı qətiyyən narahat etmir. Bəs görəsən Cəmiyyət rəhbərini necə, onu nədən narahat etmir? Millətə vəkil olan şəxsin millətinə biganəliyinin səbəbi nədir? Əslində Cəmiyyət sədrinin yaşı ötmüş, iş əmsalı sıfıra bərabər olan bir xanıma stafkası kifayət qədər maraq doğurur. Özünü dövlətin təhsil siyasətinin tərəfdarı kimi təqdim edən Cəmiyyət sədri Novruz Aslanın qoca bir xanıma üstünlük verməsi yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmur, eyni zamanda ölkənin siyasi rəhbərliynin təhsil siyasətini inkar etməkdir. Bəyəm ölkədə kifayət qədər normal təhsilli, intellektli, ölkənin həssas təbəqəsi olan məcburi köçkünlərlə işləmək bacarığı olan gənc yoxdurmu? Əlbəttə var. Bəs elə isə nədən hörmətli Novruz Aslan mahnını gənclərə yazır, vəzifəni qocalara verir? KİV haqqında Qanuna əsasən məlumatda adı çəkilən şəxsin də mövqeyini öyrənmək məqsədilə əməkdaşımız Firuzə Əliyevanın münasibətini öyrəndi. F.Əliyeva 72 yaşının olduğunu bildirdi və bundan qəti narahat olmadığını əlavə etdi. Əlavə olaraq qeyd etdi ki, Cəmiyyətdə onun kimi yaşlı insanlar çoxdur. “Laura xanım, Aybəniz xanım, Ceyran xanımda kifayət qədər yaşlı insanlardır. Düzdür mən onlardan daha yaşlıyam, lakin onlarda gənc deyillər. Birdə ki o insanlar kimdir ki, məndən şikayət edirlər? Cəmiyyətin sədri belə məsləhət bilir, məndə işləyirəm. Düzdür pensiya haqqında qanunda ədalətsizdir. Mənim kimi təcrübəli insanlar hələ işləməlidirlər. Mən xarici görnüşcə də yaşımı qətiyyən göstərmirəm. Dünya səviyyəli medallar almışam. Nə üçün mən işləməməliyəm?”
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən təşkilat və şəxslərində mövqelərini dərc edə bilərik.
Tarix: 16-10-2018, 20:05
Xəbəri paylaş





Xəbər lenti