Sahil Babayevin işçiləri ondan da nəsə umurlar?..
FaktXeber.com-un verdiyi məlumata görə, il yarımdır ki, insult xəstəsi olan Salahova Əntiqə heç bir yerdən gəlir mənbəyi olmadığı üçün çətin vəziyyətdədir. 15 il Siyəzən Quşçuluq fabrikində işləyən, hazırda isə xəstəliklə əlaqədar işləmək qabiliyyətinin olmadığını bildirən Əntiqə xanım təqaüd, ya heç olmasa sosial yardım olmaq üçün dəfələrlə müxtəlif qurumlara şikayət eləsə də bir təsiri olmayıb.

Əntiqə xanım oğlu Nicatın da maddi ehtiyac içində olduğunu dilə gətirib: «Oğlum Nicat öz ailəsinin ehtiyaclarını tam ödəyə bilmir. Mən qürurlu qadınam və belə yaşamaq mənə əzab verir. Kommunal xərcləri belə ödəyə bilmirik».

Çox çətin vəziyyətdə olduğunu dilə gətirən şikayətçi əlaqədar qurumlardan onun şikayətinə baxılmasını istəyir.

Qeyd edək ki, xanım Siyəzən rayonu, Şamil Baxşıyev kuçəsi, ev 42-də yaşayır (Əlaqə nömrəsi - (077) 519 97 43).

Sahil Babayevin işçiləri ondan da nəsə umurlar?..

Şikayətçinin yaxınlarının sözlərinə görə, qadın Siyəzən Dövlət Xəstəxanasında yatıb. Bununla belə, ona əlillik kağızı verilməyib.

Bundan başqa, o, Bakı Respublika xəstəxanasında da yatıb.

"Əlaqədar qurumlardan xahiş edirəm, bizə kömək etsinlər", - deyə Əntiqə xanım sözlərini yekunlaşdırdı.

O, xəstəliyi ilə əlaqədar sənədlərini və həkim çıxarışlarını da təqdim edib.