Ucar sakini Xəyyam Rəhmatulin Rafiq oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib
Cahan.info-ya məktub yazan X.Rəhmatulin intihar həddinə çatdığını vurğulayıb.
Himayəsində valideynlərinin olduğunu deyən və işsizlikdən səfalət içində yaşayan bu gənc nazirdən onun işlə təmin olunması üçün göstəriş verməsini istəyir.
Ucar sakini valideynlərin qəpik-quruşu ilə yaşamağın əzablarını dilə gətirərək qeyd edib ki, S.Babayevin yerli Məşğulluq Mərkəzinə tapşırığı kifayətdir.
“Cənab nazir, mən fikirdən ancaq siqaret çəkirəm. Bir gənc olaraq işsiz qalmağın, valideynlərinə baxa bilməməyin nə demək olduğunu, hansı əzablar verdiyini yəqin ki bilirsiniz.
Mən artıq o həddə çatmışam ki, özümü öldürüm, canım qurtarsın. Mənə bu ölkədə bir iş tapılmır ki, heç olmasa 300-400 manat maaş alıb birtəhər yaşayaq.
Hara müraciət edirəmsə, qapını göstərirlər. Tək pənahım nazirliyədir. Bəlkə bu müraciətimi görüb ürəyi yanan biri ola, nazirə çatdıra, mənə bir iş verilməsi üçün köməklik oluna. Bəs axı kimə deyim, hara gedim, bilmirəm daha...”
Xəyyam Rəhmatulin nazir S.Babayevin bu müraciətə reaksiyasını gözləyir. Ümid edir ki, tezliklə onu işlə təmin edəcəklər. O, özünəməşğulluq proqramından istifadə etməyə də həvəslidir. Əgər dövlət dəstək olarsa, özü iş qura bilər.
Bu vəziyyətin yaranmasında isə məşğulluq mərkəzlərinin də böyük günahı var. Dəfərlələ mətbuatda müxətlif regionların məşğulluq mərkəzlərindən şikayətlər dərc olunub. İdarə müdirləri vətəndaşla 3 ay sənin, 3 ay mənim prinsipi ilə işləyirlər.
Son dövrlər ölkədə işsizlərin sayının artması, işsizlik müavinətinin verilməsi üçün daha çox vəsaitin ayrılmasına səbəb olub. Sözsüz ki, bu da bəzi məşğuluq mərkəzlərinin daha çox qazanc əldə etmək imkanlarını genişləndirib.
“Azərbaycan vətəndaşları üçün ciddi məşğulluq portalı yaradılacaq”. Bu haqda məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev verib. O, bildirib ki, məşğulluq portalının yaradılması bu sahədə şəffaflığı tam şəkildə təmin edəcək:
“Məşğulluq portalında Azərbaycanda olan bütün vakansiyalar barədə məlumat olacaq. Eyni zamanda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumat yerləşdiriləcək.
İstənilən işəgötürən və işsiz hətta məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, öz reakividasiyası haqqında məlumatı daxil etməklə, mövcud bütün vakansiyalar haqqında məlumat ala biləcək, hətta birbaşa ora müraciət də edə biləcək. Orada tələblər, maaş, iş yerinin ünvanı, iş saat, yəni bütün tələblər əks olunacaq”.
S.Babayev deyib ki, portal işəgötürənlər üçün də rahatlıq yaradacaq. Nazirin sözlərinə görə, Azərbaycanda iki yüz min işsiz və işaxtaran var:
“Onların məlumatlarını məlumat bazasına daxil edilməsi, eyni zamanda açılan vakansiyalar barədə məlumatların daxil edilməsi bir qədər vaxt apara bilər. Amma portalın maksimum bir il ərzində yaradılması nəzərdə tutulur”.
İlk baxışda nazirliyin öz işini elektronlaşdırması həm bu prosesdə rüşvət faktorunun, həm də bürokratik əngəllərin aradan qaldırılması üçün müsbət bir hadisədir.