Biz nə vaxta qədər ələbaxan olacağıq?


Doğrudan da, xalqlar arasında, onun eyni peşə sahibi olan nümayəndələri arasında nə qədər fərq var. Birində ruslaşmış başqa millətin nümayəndələri olsalar da yaratdıqları SSRİ adlanan mənfur və riyakar rejimin iç üzünü açan əsərlər -roman, povest və hekayələr yazılır, digərlərində, yəni rusların müstəmləkələri olan müttəfiq respublikalarda, konkret desək Azərbaycanda isə yazıçılar bütün varlıqları ilə, bütün neyronları ilə həmin ədalətsiz və amansız rejimi tərənnüm etməkdən başqa heç nə yaratmayıblar.
Hətta bir balaca qurluşu ürəkdən təblığ və tərnnüm etməyənlərin dərhal üstünə düşür, onu “ifşa”edir, gedər-gəlməzə göndərməklə hədələyib, istəklərinə nail olublar. Bu məsələlərdə və rejimə sədaqətdə bir-birləri ilə yarışa girirdilər. S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, S.Rəhimov, Ə.Vəliyev, M.Hüseyin, Z.Xəlil, N.Xəzri və başqaları o qədər Kommunist Partiyasının və sosializm rejiminin əbədiliyinə inanmışlar ki, bircə dənə gördüklərini, reallığı, rejimin mahiyyətini əks etdirən necə deyərlər, sandıq ədəbiyyatı nümunəsi yazmamışlar.
Bəli, biz ağalarımıza sadiq olmuşuq.
Rusuyanın ən gözəl yazıçılarından biri və bəlkə də birincisi Mixail Bulqakovun “İt ürəyi “povestini hələ tələbəlik illərində oxuyanda və onun əsasında çəkilən filmə baxanda hər dəfə bu fikirlər istər-istəməz beynimdə dolaşır. Əsərdə avara bir it üzərində cərrahiyyə əməliyatı aparılır, o insana çevrilsə də, it olaraq qalır... Lakin povestin mənası daha dərindi və o əslində insana çevrilən itə qarşı deyil, tər-təmiz sosializm rejiminə qarşı yazılmışıdı. Çünki insana dönən iti pozğun, oğru, əxlaqsız və yaramaz məxluqa çevirən onun it ürəyi deyil, rejim və mühit, onun nümayəndələridir .

Əgər bu it keçən əsrin 20-ci illərində rus-sovet dövlətində deyil, məsələn azad və demokratik Fransada əmələ gəlsəydi, bəlkədə bu qədər yaramaz olmazdı. Əsərdən çixan əsas ideya budur. Çünki yazıq it adama çevriləndən sonra ətrafdakı adamların əməllərini yalnız təqlid edir. Məsələn, siqaret çəkir, araq içir və hətta axırda evlənmək niyyətində olur.
Lakin ümumiyyətlə, təbiətin işinə qarışmaq, canlı növlərini dəyişmək, milyon illərdən bəri formalaşan məxluqları bir-birinə çevirməyin yolverilməzliyi ideyasını da istisna etmək olmaz.
Əsər əsasında çəkilən filimdə də çox maraqlı detallar və məqamlar var. Belə detallardan biri itin insana çevriləndən sonra Stalin kimi kiter geyinməsidir.
Bəli, sosializmdə fərd, şəxsiyyət yox idi. Hamı eyni cür,hamsı rejimin kiçik vintləri olmalı idi. Qurluşun rəhbərlərindən -Lenindən, Stalindən, Brejnevdən başqa əvəzedilməz adam yox idi.
Əsər əməliyyatı həyata keçirən dahi fizioloq, professor Preobrajenski və asissentinin it ürəyini gəzdirən insanın artıq dözülməz olduğunu və hətta tanış, abırlı, məsum bir qızı evinə gətirib, onunla yaşamaq istədiyini görüb bu məxluqu zorla tutub cərrahiyyə stoluna qoyaraq, yenidən itə döndərməyi məcbur olmaları ilə bitir.

Əlizadə NƏHMƏDAĞAOĞLU

Tarix: 28-11-2018, 22:29
Xəbəri paylaş





Xəbər lenti