Sumqayitda 10 məktəb yenə direktorsuz qaldı – Zakir Fərəcov, yoxsa Ceyhun Bayramov?
Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb. Təhsil Nazirliyinin yaydığı məlumatlara görə müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində – müsahibədə iştirak edib. 5 dekabr 2018-ci il – 26 yanvar 2019-cu il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb. Müsabiqədə uğur qazanan namizədlər fevralın 25-dən öz vəzifələrinin icrasına başlayacaqlar. Aktualinfo.org bir müddət əvvəl Sumqayıt şəhərindəki bir sıra məktəblərin uzun zamandır direktor vəzifələrinin boş qalması barədə məlumat yaymışdı. Məlumatda Sumqayıt şəhərindəki orta məktəblərə direktor təyinatının Təhsil Nazirliyi deyil, məhz şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən həyata keçirildiyini bildirmişdik. Dünən Təhsil Nazirliyinin elan etdiyi dövlət ümumtəhsil müəssisələrində vakant yerlərə təyin olunan direktorların siyahısında Sumqayıt şəhərindəki boş 10 məktəbdən heç birinə direktor təyin olunmadığı görsənir.Qeyd etmək istərdik ki, bu Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi saytında yerlışdirilmiş məlumalatlardır. Qeyri rəsmi məlumatlara görə Sumqayıt şəhərindəki 48 orta məktəbin 20-də direktor vəzifəsi boşdur. Maraqlıdır görəsən buna səbəb nədir? Sumqayıt şəhərindəki orta məktəblərin direktor vəzifələrinə vakansiya elan olunmayıb,yoxsa? Bəlkə Sumqayıt şəhərindən bu müsabiqəyə heç bir müəllim qatılmayıb? Yoxsa Sumqayıt şəhərində direktor olmaq istəyən müəllim yoxdu? Xeyr, Sumqayıt şəhərində bacarıqlı, istedadlı, işini sevən və öhdəsindən lazımınca gələn kifayət qədər müəllim kontingenti var. Məsələ ondadır ki, buraya direktor təyin olunmaq üçün gərək ilk öncə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovu görəsən. Ondan təyin olunacağı məktəbin təmir olunmasına və digər işlərin görülməsi üçün öhdəlik götürəsən. Daha sonra isə Teymur Səmədovun təlimatlarına uyğun məktəbi idarə edəsən. Bu da çox qorxulu bir addımdır, risk tələb edir. İnsanlar evlərini banka girov qoyub pul götürür, məktəb, bağça təmir etdirir, sonra isə işini itirmək təhlükəsi ilə üzləşir. Verilən məlumatlara görə bu Sumqayıtda bir neçə məktəb direktorunun başına gətirilib. Ona görə də Sumqayıtda məktəb direktoru işləmək təhlükəyə çevrilib. Ya gərək İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun istədiyi kimi işləyəsən, ya da … Təhsil Nazirliyi, vakant yerlər, müsabiqələr, qanunlar bunlar Sumqayıt şəhərinin təhsil sisteminə aid olmayan məsələlərdir. Bəs görəsən Sumqayıt şəhərindəı 20-ə qədər məktəbimn direktorsuz qalması bir nazir kimi Ceyhun Bayramovu narahat etmirmi? Təhsil Naziri olaraq nə üçün bu məktəblərlə maraqlanmır?.Bu məktəblərin direktorsuz qalmalarının səbəbini araşdırıb nə üçün aıdıyyatı qurumlar qarşısında məsələ qaldırmır? Hansı ki bu işlər birbaşa birbaşa onun səlahiyyətlərinə aiddir. Görünür Zakir Fərəcova gücü çatmır Təhsil nazırının. Yoxsa respublikanın ər iri şəhərlərindən olan Sumqayıtda orta məktəbləri başsız qoymazdı. Aşağıda Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilmiş 47 orta ümümtəhsil müəssisələrindən direktoru olmayan məktəblərin sıyahısını oxucuların diqqətinə çatdırırıq. Bunlar, qeyd etdiyimiz kimi boş yerlərin rəsmi siyahısıdır.Qeyri rəsmi siyahınını yaxınlarda oxucuların diqqətinə çatdıracıq. Adı: Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəb Yaranma tarixi: 2007-ci il Direktor əvəzi: Adıgözəlov Xalid Möhübbət oğlu Şagirdlərin sayı: 788 nəfər Müəllimlərin sayı: 53 nəfər Ünvan: 21-ci mikrorayon Əlaqə telefonları: (018) 658-09-72 e-mail: [email protected] Məktəb 2 növbəlidir. İngilis və rus dili xarici dil kimi tədris olunur. Layihə üzrə 500 yerlikdir. Adı: M.Quliyev adına 3 nömrəli tam orta məktəb Yaranma tarixi: 1964-cü il Direktor əvəzi: Çəndirli Ülkər Valeh qızı Şagirdlərin sayı: 996 nəfər Müəllimlərin sayı: 107 nəfər Ünvan: 2 –ci mikrorayon, H.Əliyev prospekti 38 Əlaqə telefonları: (018) 642-13-24 e-mail: [email protected] Məktəb 2 növbəlidir. Məktəbdə ingilis,alman,rus dilləri xarici dil kimi tədris olunur. Layihə üzrə 640 yerlikdir. Adı: Sumqayıt şəhər 8 nömrəli tam orta məktəb Yaranma tarixi: 1956-cı il Direktor əvəzi: Abdullayeva Ruhiyyə Ənnağı Şagirdlərin sayı: 399 nəfər Müəllimlərin sayı: 38 nəfər Ünvan: 26-ci məhəllə, Əlaqə telefonları: (018) 655-94-34 e-mail:[email protected] Məktəb 1 növbəlidir.İngilis və rus dili xarici dil kimi tədris olunur. Layihə üzrə 349+100(əlavə korpus 2004) yerlikdir. Adı: Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəb Yaranma tarixi: 1958-ci il Direktor əvəzi: Abdullayeva Həqiqət Mahid Şagirdlərin sayı: 971 nəfər Müəllimlərin sayı: 66 nəfər Ünvan: İnşaatçılar qəsəbəsi Əlaqə telefonları: (018) 655-27-36 e-mail:[email protected] Məktəb 2 növbəlidir.İngilis və rus dili xarici dil kimi tədris olunur. Layihə üzrə 324 +30 (əalavə korpus) yerlikdir. Adı: Sumqayıt şəhəri Məhəmməd Fizuli adına 15 nömrəli tam orta məktəb Yaranma tarixi: 1966-ci il Direktor əvəzi: Haciyeva Elmira Balaseyid qızı Şagirdlərin sayı: 1501 nəfər Müəllimlərin sayı:117 Ünvan: 5-ci mikrorayon Əlaqə telefonları: 642-13-27 e-mail:[email protected] Məktəb 2 növbəlidir. İngilis,rus və alman dili xarici dil kimi tədris olunur. Layihə üzrə 1176 yerlikdir. Adı: Sumqayıt şəhəri Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəb Yaranma tarixi: 1967-ci il Direktor əvəzi: Haqverdiyeva Pərvanə Şagirdlərin sayı: 613 nəfər Müəllimlərin sayı: 57 nəfər Ünvan: 8-ci mikrorayon Əlaqə telefonları: (018) 642-13-28 e-mail: [email protected] Məktəb 1 növbəlidir. İngilis, alman və rus dilləri xarici dil kimi tədris olunur. Layihə üzrə 760 yerlikdir. Adı: Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəb Yaranma tarixi: 1973-cü il Direktor əvəzi: Yunisova Reyhan Şahverən qızı Şagirdlərin sayı: 1702 nəfər Müəllimlərin sayı: 100 nəfər Ünvan: 9-cu mikrorayon Əlaqə telefonları: (018) 642-13-30 e-mail: [email protected] Məktəb 2 növbəlidir. İngilis, alman və rus dili xarici dil kimi tədris olunur. Layihə üzrə 1176 yerlikdir. Adı: Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəb Yaranma tarixi: 1999-cu il Direktor əvəzi: İbrahimova Esmira Şagirdlərin sayı: 719 nəfər Müəllimlərin sayı: 44 nəfər Ünvan: H.Z.Tağıyev qəsəbəsi Əlaqə telefonları: (018) 643-07-66 e-mail: [email protected] Məktəb 2 növbəlidir. İngilis və rus dili xarici dil kimi tədris olunur. Layihə üzrə 645 yerlikdir. Adı: Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəb Yaranma tarixi: 1988-ci il Direktor əvəzi: Məmmədov Nizami Cəlal Şagirdlərin sayı: 1221 nəfər Müəllimlərin sayı: 127 nəfər Ünvan: 13-cü mikrorayon Əlaqə telefonları: (018) 656-31-13 e-mail: [email protected] Məktəb 1 növbəlidir. İngilis və rus dili xarici dil kimi tədris olunur. Layihə üzrə 1296 yerlikdir. Adı: Sumqayıt şəhəri 40 nömrəli tam orta məktəb Yaranma tarixi: 2013-cı il Direktor əvəzi: Paşayev Əlhəddin Şagirdlərin sayı: 272 nəfər Müəllimlərin sayı: 20 nəfər Ünvan: H. Zeynalabdin qəsəbəsi Əlaqə telefonları: (018) 643-08-02 e-mail: [email protected] Məktəb 1 növbəlidir. İngilis və rus dili xarici dil kimi tədris olunur. Layihə üzrə 220 yerlikdir.