İcbari tibbi sığortanın xidmətlər zərfinə orqan transplantasiyası və süni mayalanma da salına bilər. Keçən həftə bu müjdəni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ictimaiyyətə açıqladı. Amma görünəni odur ki, sözügedən qurum heç də yerlərdəki vəziyyətdən tam xəbərdar deyil və belə bir təəssürat yaranır ki, hətta ağır əməliyyatların belə icbari tibbi sığortanın xidmətlər zərfinə salınması faktı əhali üçün xoş xəbər yox, bu işdən faydalananlar üçün əlavə gəlir ünvanıdır.
Qeyd edək ki, Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi ilin sonunadək həyata keçirilir və adları çəkilən şəhər və rayonlarda tibbi xidmət pulsuzdur. Yəni pilsiz olmalıdır. Yerli sakinlər üçün.
Mingəçevir sakinləri isə bildirir ki, Mingəçevir Mərkəzi Xəstəxanasında yalnız vı yalnız ilkin tibbi yardım məsələsində dövlətin qayğısı hiss olunur. "İcbari tibbi sığortanın xidmətlər zərfinə aid olmasına baxmayaraq digər tibbi müdaxilələr qarşılığında ya pul umulur, ya da çalışırlar ki, xəstəni Bakıya yönəltsinlər.
Keçən şənbə günü Mingəçevir Mərkəzi Xəstəxanasına ağır vəzziyyətdə infarkt keçirən xəstəmizi gətirmişik. Xəstəxanadakı həkimlər nə xəstəmizə gərəkən diqqəti göstərdilər, nə də öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Elə dedikləri o oldu ki, Bakıya aparın..."
Bundan sonra Bakıya Mərkəzi Klinik Xəstəxanasına müraciət ediblər və oradan da bildirilib ki, Mingəçevir həkimlərinin məsuliyyətsizliyi xəstələrinin durumunu daha da ağırlaşdırıb.
Onu da bildirək ki, Mingəçevir Mərkəzi Xəstəxanası ilə bağlı bir neçə şikayət faktı var və eyni zamanda əməkdaşlarımız da sözügedən ünvandan reportaj hazırlayıblar. Həmin faktları və daha geniş materialı növbəti yazımızda diqqətinizə təqdim edəcəyik.
Anlaşılanı odur ki, bu ünvanda dövlətin uğurlu tibb siyasətinə rəsmən kölgə salınır. Kimlər? Bu barədə növbəti yazımızda... Bizi izləyin.(dia.az)
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...