Milli.Az saglamolun.az-a istinadən bu yazıda sizi tanınmış fitoterapevt Fizuli Hüseynovun çox faydalı resepti ilə tanış edir.
Bu reseptdən hər gün səhər duran kimi istifadə edin. Sağlamlıq üçün olduqca faydaları vardır. Səhər duran kimi ac qarına 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsini bir-birinə yaxşı-yaxşı qarışdırıb ac qarına için.
Rahat içilir və içildikcə sevilir, çünki faydalarını görəcəksiniz. Qanı durulaşdırır, mədə-qida borusu bağırsaqlarda səpmələr varsa, mədə qıcqırması kolit olanlar üçün faydalıdır, yüngül işlədici təsiri olmaqla yanaşı babasil olanlar üçün faydalıdır.
İmmuniteti yüksəldir, allergiyadan əziyyət çəkənlər üçün olduqca faydalıdır, həmçinin qan dövranını yaxşılaşdırır, əlləri, ayaqları həmişə soyuq olanlar üçün də faydalıdır.
Yaddaşı gücləndirir, çünki beyin-qan dövranını yaxşılaşdırır.
Bu qarışımı uşaqlara da vere bilərsiniz. Uşaqların iştahını açır, əhvalını yüksəldir, böyrəkləri və ödü təmizləyir, ac qarına mütəmadi içildikdə bağırsaq xovlarının arasındakı daşları da təmizləyir, öd yollarındakı durğunluğu götürür, yüksək xolesterini aşağı salır.
Bu qarışımdan içənlər ürək xəstəliyinə tutulmaz, infarkt olmaz, beyninə qan sızmaz, çünki qan təzyiqini həmişə normada saxlayır, qanı qatılaşmaqdan qoruyur, damarların içini lipidlərdən, yağlardan təmizləyir, qaraciyər piylənməsi olanlar üçün də çox faydalıdır.
Həmçinin vitaminsizlikdə, yorğunluqda faydaları da vardır. Bu yalnız profilaktika üçündür, lazım olduqda bu qarışımı gündə 2-3 dəfə də içmək olar.
Tarix: 25-02-2019, 23:38