Kəklikotunun inanılmaz faydaları – Bu xəstəliyi olanlar dəmləyib içsin

 Xalq təbabətində ən çox istifadə edilən və faydalı hesab edilən bitkilərdən biri kəklikotudur. 

Siam.az Medicina.az-a istinadən  xəbər verir ki, xüsusilə qış aylarında quru öskürək, boğaz ağrısı, bəlğəm problemlərdən xilas olmağın ən effektiv üsullarından biri kəklikotu çayıdır. 

Kəklikotu bitkisindən çay dəmləyib içmək bəlğəmdən xilas olmaq üçün ən yaxşı üsuldur. Bitkinin 400-ə qədər növü var. Antioksidant tərkibli olduğu üçün bu bitki orqanizmi onkoloji və ürək-damar xəstəliklərindən qoruyur. 

Dəmirin zəngin mənbəyi sayıldığına görə anemiya xəstələrinə də məsləhət görülür. 

Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Kəklikotu həm də nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur.

Kəklikotu həmçinin, sinə tutulmasına qarşı yaxşı mübarizə üsuludur. Kəklikotunun tərkibindəki ən mühüm maddə uçucu efir yağlardır. Bu yağlar qana qarışıb, bronxial əzələlərə təsir edərək ağrıları azaldır, öskürək və yuxarı tənəffüs yolları iltihabında çayı da çox təsirlidir.
 
Siam.az
Tarix: 6-03-2019, 00:16
Xəbəri paylaş





Xəbər lenti