Hadı Rəcəblinin fikirləri yenə etiraz doğurdu


Beş faizə görə 95 faizin sosial müdafiəsindən imtina edilə bilməz...

Son vaxtlar Azərbaycanda uşaqpulunun bərpası ilə bağlı müzakirələr genişlənməkdədir. Ölkə rəhbərliyinin sosial istiqamətdə atdığı addımlar insanlarda bu sahədə də yeniliyin olacağına dair ümidlər yaradıb.

Bu günlərdə təkliflərlə çıxış edən İqtisadi və Sosial İnkişaf Mərkəzi konkret mexanizm irəli sürüb. Mərkəzin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, hazırda Azərbaycanda 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir: "Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir”.

Mərkəz uşaqpulunun 3 yaş qrupuna görə fərqləndirilməsini təklif edir: 3 yaşınadək uşaqlara aylıq 80 manat, 4 yaşdan məktəb yaşınadək olan uşaqlara ayda 50 manat, məktəbli uşaqlara aylıq 40 manat ödənilməsi təklif olunur.

ÐаÑÑинки по запÑоÑÑ Ä°qtisadi vÉ Sosial Ä°nkiÅaf MÉrkÉzi  rÉhbÉri

Bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu isə illik 1 milyard 612 milyon manat deməkdir. Mərkəz bu məbləğin ödənilməsi yollarını da təklif edib: "Əvvəla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”.

ÐаÑÑинки по запÑоÑÑ hadi recebli

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu təklifə etiraz edib. Bildirib ki, bu gün 18 yaşadək olanlar üçün uşaq pulunun bərpası gündəmdə deyil. Onun sözlərinə görə, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsi doğru deyil: "Bu, belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. Milyonçunun uşağına niyə dövlət uşaq pulu verməlidir?! Belə olan təqdirdə ünvanlılıq pozular. Üç yaşadək uşaqlara görə uşaq pulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.

Komitə sədri daha sonrakı açıqlamasında maraqlı məlumatla çıxış edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın: “Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

Qeyd edək ki, Azərbaycan postsovet ölkələri arasında uşaqpulunu demək olar ki, tamamilə ləğv edən ilk ölkədir. Bu sistem ölkəmizdə 2006-cı ildə - ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunanda dayandırılıb. Halbuki postsovet ölkələrinin əksəriyyətində, o cümlədən bizim kimi təbii sərvətlər ölkəsi olan Rusiya, Qazaxıstanda dövlət uşaqların böyüdülməsində ailələrə yaxından dəstək olur. Azərbaycanda isə uşaqpulu yalnız 3 yaşadək uşağı olan işləyən qadınlara verilir. Bu müavinəti əldə etmək üçün xeyli sayda prosedurlardan keçilməsi tələb olunur ki, işəgötürənlərin əksrəyyyəti bundan yayınmağa çalışırlar.

ÐоÑожее изобÑажение

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq verilən məlumata görə, 3 yaşadək uşağa qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətdə olan şəxslərə aylıq müavinət ödənilir: “Bu müavinətin məbləği uşaq yaş yarıma çatanadək dövr üçün 44 manat, yaş yarımdan 3 yaşadək dövr üçün isə 28 manatdır. Hazırda uşağa qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətdə olan 30 mindən çox sığortaolunan (müavinət növü işləyənlərə aiddir) bu müavinət növü ilə təmin edilir”.

Nazirlik bildirir ki, bununla belə, uşaqlara görə ödənilən müavinət yalnız 3 yaşına qədər olan uşaqlara qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətdə olan şəxslərə verilən aylıq müavinətdən ibarət deyil: “Hazırda sosial təminat sisteminin əhatə etdiyi şəxslərin mühüm bir hissəsi uşaqlardan ibarətdir. Belə ki, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara da aylıq sosial müavinət təyin olunaraq ödənilir. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları da aylıq sosial müavinətlə təmin olunurlar. Bundan əlavə, uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir”.

ÐаÑÑинки по запÑоÑÑ Ä°qtisadçı-ekspert RÉÅad HÉsÉnov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a bildirdiyinə görə, hansısa marginal bir qrupu əsas gətirməklə dövlətin vətəndaş yetişdirilməsində iştirakını məhdudlaşdırmaq düzgün yanaşma deyil: “Məsələ ondan ibarətdir ki, ölkə əhalisinin 5 faizini yuxarı gəlirli ailələr təşkil edir, qalanı orta və aşağı gəlirli ailələrdir. Bundan da əlavə, dövlətin konkret demoqrafik siyasəti olmalıdır. Bu istiqamətdə təbii artımın təşviq edilməsi əsas məsələlərdən biridir. Xüsusilə də nəzərə alsaq ki, son 25 il ərzində Azərbaycanda təbii artım kəskin şəkildə aşağı düşüb. Belə bir şəraitdə vətəndaşın sosial müdafiəsinin təmin edilməsi, sosial müdafiə mexanizmlərinin effektivliyinin təmin olunması, demoqrafik siyasətin dəstəklənməsi kimi məsələlərdə uşaqpulu da vacib elementlərdən biridir. Bir çox ölkələrdə bu təcrübədən istifadə olunur. Ola bilsin ki, yaş meyarı ilə bağlı fərqli yanaşmalar olsun. Yəni azyaşlıların əməyə cəlb olunması yaşı baxımından, Azərbaycanda 15 yaşdan yuxarı uşaqlara işləməyə icazə verilir. Bu yaşa qədər olan uşaqlara isə müavinətin ödənməsi mümkündür”.

Ekspert Azərbaycanda çoxuşaqlı ailə kimi 5 uşaqlı ailələrin qəbul olunmasını da düzgün meyar hesab etmir: “Dövr və tələblər dəyişib. Hazırda çoxuşaqlı ailə deyildikdə daha çox 3 uşaqlı ailələr başa düşülür, nəinki 5 uşaqlı. Son onilliklərdə Azərbaycanda əsas ailə modeli 2 uşaqlı ailələrdir. 3 uşağa az-az rast gəlinir. Buna görə də düşünürəm ki, qanunvericiliyə bununla bağlı dəyişiklik olunmalıdır”.

Tarix: 12-03-2019, 20:25
Xəbəri paylaş





Xəbər lenti