Bərdə Peşə litseyində köçürülmə

 Bərdə Peşə Litseyində məskunlaşan köçkünlər köçürülmədən narazıdırlarOnlar Peşə Litseyindən İnternata yox, yeni mənzillərə köç etmək istəyirlər.                                                                Bərdə Peşə Litseyinin yenidənqurulma planı var. İşlərin başlanması üçün  Prezident İlham Əliyev vəsait də ayırıb. Bu barədə Bərdə Peşə Litseyindən məlumat verilib. Artıq işlərin icrasına başlanıb. Burada atılacaq ilk addım isə məskunlaşmış 18 köçkün ailəsinin ərazidən yeni ünvana köçürülməsidir.Bu məqsədlə Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərov, Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov  məcburi köçkünlərin məskunlaşdığı Bərdə Peşə Litseyində olublar.Onlar peşə məktəbində məskunlaşmış köçkünlərə Bərdə Peşə Litseyində görüləcək yenidənqurma işləri barədə məlumat verərək, Bərdə İnkluziv Tipli Məktəbin yataqxanasında təmir işlərinin aparıldığını, burada məskunlaşan ailələrin  həmin ünvana köçürülmə aparılmasından danışıblar.Bərdə Peşə Litseyində məskunlaşan məcburi köçkünlər isə yeni ünvana köçmək istəmirlər. Onlar məktəbdən məktəbə köçürülməni narazılıqla qarşılayıblar. Xocalı sakinləri Vasif, Lətafət, Laçın sakinləri Vüqar, Xanım nənə “ Bizi məktəbə deyil, evlərə köçürsünlər”- deyirlər. Xocalı sakini Vasif 1992-ci ildən Peşə litseyində məskunlaşdığını deyir.Məktəbdə məskunlaşanların evlə təmin olunduğunu,onların isə bu layihədən kənarda qalmağını belə izah edir.” Biz burada 1992-ci ildən məskunlaşmışıq. Atam bizdən ayrılıb, Bakıda başqa qadınla ailə  qurduğuna görə O, siyahıdan çıxarıldı.Ev almaq hüququnu itirdi. O vaxt , evlər bölünəndə mən işimlə əlaqədar Bakıda kirayədə yaşayırdım.Adıma Qaçqınkomdan məktub gəldiki sən filan ünvanda qeydiyyatdasan.Beləliklə 7 nəfərlik ailəmizə bir otaqlı ev təklif elədilər. Biz də bundan imtina etdik. Ona görə də burda, məktəbin küncündə qalmağa məcbur olduq.”Laçın rayon sakini Xanım nənənində tələbi digər məktəbin yataqxanasına köçmək yox, evlə təmin olunmaqdır. Deyir ki,” bina tikilmirsə, bizə pul versinlər,gedək, özümüzə ev alaq.Ya 6 sot torpaq versinlər, tikinti xərclərini hesablayıb , pulun versinlər, evimizi tikək.Bu yataqxanadan, o yataqxanaya köçmək istəmirik.”Bərdə Peşə Litseyindən köçürüləcək 18 ailədən bir neçəsi köçürülməyə yox deyərək sona qədər müqavimət göstərmək əzmindədirlər. Onların fikrincə heç kimin zorən, məcburi qaydada köçürülməsi yol verilməzdir. Bunun üçün ən azından köçürülmə barədə ölkə başçısının sərəncamını görmək istəyirlər.Bildirirlər ki, Prezidentin bundan xəbəri yoxdur.Məcburi köçürülmə yerli məmurların özbaşınalığıdır.Onu da qeyd edək ki, yeni ünvanda köçkünlərə verilən yataqxana otaqları təmir olunaraq, şəraiti yaxşılaşdırılmışdır. Qaçqın və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyinin rəhbəri Yunis Məmmədov bildirib ki, “Bərdə Peşə Litseyində 11-i Xocalı, 5-i Laçın,1-i Ağdam, 1-i Qubadlıdan olmaqla 18 ailə yaşayır. Bərdə Peşə Litseyində tikinti işlərinin aparılması zərurəti yarandığından həmin köçkün ailələri üçün Bərdə İnkluziv tipli Məktəbin yataqxanasında otaqlar təmir olunub. Novruz bayramından sonra, yəni mart ayının 27-si isə köçkünlər yeni ünvana köçürüləcəklər. Məcburi köçkünlər üçün gələcəkdə inşa olunacaq binalarda birinci olaraq onların məskunlaşdırılması nəzərdə tutulub.”                                                                                     Musa Muradlı                                                                                                                                                       Siam.az
Tarix: 17-03-2019, 15:37
Xəbəri paylaş





Xəbər lenti