Ucarlı ANA Sahil Babayevdən dediklərini subut etməyini istəyir

  Ucar rayon Qazyan kəndində daimi qeydiyyatda olan Cəbrayılova Xatirə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə Siam.az saytı vasitəsilə müraciət etmişdir.Müraciəti olduğu kimi təqdim edirik:


Cənab Nazir, ailə üzvülərimlə birlikdə Ucar rayon Qazyan kəndində daimi qeydiyyatda olsaqda hal-hazırda Ucar şəhər ərazisində yerləşən fəaliyyətini dayandırmış MTS təşkilatının inzibati binasında yaşayırıq. Yaşayış şəraitimiz demək olar ki, yoxdur.  Bizə sığınacaq kimi verilmiş bu bina qəzalı vəziyyətindədir. İstilik sistemi olmadığına görə soyuq yerdə yatmaqdan əvvəl həyat yoldaşım sonra isə 24 yaşlı oğlum dünyalarını dəyişiblər.

Üçüncü oğlum Cəbrayılov Afər Cəbrayıl oğlu anadangəlmə ruhi xəstədir. O 24. aprel 1998-ci ildə anadan olub. Cəmi üç gün Ucar şəhər üç saylı orta məktəbdində oxuyub. Yəni birinci sinifdə  üç gün oxuyan Afərin ruhi xəstə olduğunu görən məktəb direktoru tərəfindən məktəbdən çıxarılıb. Onun qavraması, psixioloji intellekt inkişafı və yaddaşı zəifdir. Davranışı qeyri-adekvatdır. Oğlumda 67 faiz əqli zəflik var. Bütün bunları mən özümdən demirəm.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin  15 noyabr 2016-cı il tarixli göndərişi əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin bir saylı Respublika Psixiatriya Xəstəxanasından verilmiş 25 və 26 noyabr 2016-cı il tarixli stasionar müayinə aktında göstərilib. Eyni zamanda aktın sonunda göstərlib ki, yüngül əqli zəiflik.

Oğlum Afər psixiloji xəstəliyinin son zamanlar dahada ağırlaşdığına görə 2018-ci ilin oktyabr ayında Ucar rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında bir saylı Respublika Psixiatriya Xəstəxanasında təkrar əvvəlcə stasionar müayinədə sonra isə iki ay müalicədə oldu. Həmin vaxt psixiatriya xəstəxanasının həkimi  mənim  qohumuma deyib ki, belə psixi xəstələrin müalicəsi nəinki Azərbaycanda heç dünyada yoxdur. Belə xəstələr ona görə müalicə olunur ki, həmin xəstəliyin artmasının qarşısı alınsın. Sonuncu müalicədən sonra xəstəxananın verdiyi  müayinə aktında iki il əvvəlki xəstəliklərin dahada ağırlaşdığını göstərilib. Birinci diaqnozdan fərqli olaraq Bu dəfə oğlum Afər Cəbrayılova orta əqli zəiflik diaqnozu qoyulub. Buda göstərir ki, müalicə olunmağına baxmayaraq onun xəstəliyi dahada ağırlaşıb.

Həmin stasionar müayinə aktı əsasında oğlum Afərə ruhi xəstəliyi ilə əlaqədar əlilliyin təyin olunması üçün qanuna müvafiq formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti olan TSERAS-a elektron qaydada iki dəfə müraciət olunub və hər iki müraciətə imtina verilib. Birinci imtinanın səbəbində səhiyyə müəssəsi tərəfindən rəsmləşdirilmiş sənədin natamam doldurulması ikincidə isə əlavə müalicəyə ehtiyacın olması göstərilib.

Cənab Nazir, əsassız və qanunsuz verilməyinə baxmayaraq birinci imtinadan danışmağa ehtiyac yoxdur. Ona görə danışmağa ehtiyac yoxdur ki, ən azından bu imtinadan sonra ikincisi verilib.İkinci verilmiş imtina isə tam qanunsuz və əsassız verilib. Birincisi göstərilən səbəb ona görə əsassız və qanunsuz verilib ki, oğlum Afərə olunmuş hər iki stasionar müayinədən görünür ki, müalicə olunmağına baxmayaraq son iki ildə onun xəstəliyi  ağırlaşıb. ikincisi ruhi xəstənin sağalması heç-cür mümkün deyil.Əgər Azərbaycanda onu sağalda bilən həkim varsa buyursunlar ona əlilliyin təyin olunmasına imtina verən şəxslər  həmin həkimin adını desinlər mən oğlumu o həkimin yanına aparım və müalicə etdirim.  

Cənab Nazir, siz bütün çıxışlarınızda deyirsiniz ki, .Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti fəaliyyətini tam şəffaflaşdırıb. Vətəndaşların məmnunluğu üçün bütün şərait yaradılıb. Müraciət olunanda süründürməçiliyə yol verilmir. TSEK-in verdiyi qərarlar tam araşdırılaraq obyektiv verilir. Mən sizin bu dediklərinizi  subut etməyinizi istəyirəm. çünki mənim 21 yaşlı anadangəlmə ruhi xəstə olan oğluma verilən imtina qərarı ilə sizin dedikləriniz üst-üstə düşmür  Mən heç vaxt oğluma saxta əlillik  təyin olunmasına çalışmamışam. Bunu edənlər rüşvət verib edirlər. Mənim buna  maddi imkanım yoxdur. Bütün analar kimi məndə övladımın xəstə və əlil olmasını arzulamamışam. Bunu Allah mənə verib. Allahın verdiyi bu dərd ilə barışmışam. Anaya bundan böyük dərd ola bilməz. Oğlumun yaşıdları ailə qurur, övlad sahibi olur. Oğlum Afər isə körpə uşaq kimi məftildən düzəlmiş araba sürür . Afərin 21 yaşı var. Bu yaşında  gecə yatanda yerini batırmamaq üçün ona pampers geyindirirəm. Əgər siz dediyiniz vətəndaş məmnunluğu üçün süründürməçilik yoxdursa  şəffaf və obyektiv araşdırma varsa buyurun gəlin mənim oğlumu aparın bir neçə gün saxlayın və onda sizə əyani sürətdə məlum olacaq ki, oğlum Afərin ruhi xəstəliyi hansı dərəcədədir və onun bu xəstəliyinin müalicəsi mümkün deyil.    
Tarix: 18-03-2019, 08:38
Xəbəri paylaş





Xəbər lenti