“Ölkə.Az” bu gün oxucularına gündə 10 min addım atmağın faydalarından bəhs edəcək.
Aparılan araşdırmalarda hər gün 10 min addım atmağın insanda ürək döyüntülərindən tutmuş həzm sisteminə qədər faydaları üzə çıxıb.
Digər faydaları:
- Həzm sistemi daha yaxşı işlədiyindən çəki itirmək mümkündür;
- Hərəkət əsnasında sümük və əzələ sistemlərinin istiliyi artdığından daha sonra qəbul edilən qidalar enerji olaraq yığılır;
- Maddələr mübadiləsi sabitləşdiyindən mədə-bağırsaq problemləri azalır;
- Bədənin bütün sistemləri eyni anda çalışır;
- Oksigenin miqdarı artdıqca orqanizm və beyindəki deformasiyalar azalaraq qan dövranı yaxşılaşır.