Ac qalanda bədəndə möcüzə baş verir - Məşhur alimdən MARAQLI ARAŞDIRMA

 İnsan da canlı hüceyrə kimidir. Məhv olub, parçalarından doğulur. 2106-cı ildə Nobel mükafatına layiq görülən Esinori Osumi autofagiya adlanan bu mexnizmin çalışdığını sübut edib. Bədənimizin hüceyrələri mütəmadi olaraq yenilənir. Hər bir orqana yenilənmək üçün müəyyən qədər vaxt tələb olunur. Lakin bərpa olunmayan hüceyrələr də var.

Sfera.az professor Osuminin məz bu kəşfi haqda yazını təqdim edir.

İnsan biogiyasını öyrənən professor ömrünün böyük hissəsini autofagiya prosesinin öyrənilməsinə həsr edib. Belə ki, orqanizm bədənin zülal tərkibini parçalayıb, amin turşusuna çevirir. Sonra isə yeni hüceyrə yaratmaqda həmin turşulardan istifadə edir. Orqanizm adətən zədələnmiş hüceyrə və bakteriya şəklində olan öz zülal ehtiyatından da istifadə edə bilər. Orta statistikaya görə insan gün ərzində təqribi 70 qr zülal qəbul edir. Odur ki, tərkibindəki zülal tüllantılarından da faydalanır. Təəssüf ki,bu yolla xərçəng hüceyrələrini və təhlükəli viruslara yaxalanmıış bakteriyaları neytrallaşdırmaq mümkün deyil.

Araşdırması boyu professor Osumi ac qalaraq öz bədənini tədqiq edir. Bu üsulla orqanizm toksin hüceyrələrini parçalayıb tullantılardan azad olur. Nə qədər çox ac qalsanız, orqanizm bir o qədər çox yaşayır, və daha çox enerji "istehsal" edir. Bədən daha az xəstəliyə yoluxur. Az kalorili qidalar isə orqanizmi cavanlaşdırır. Maddələr mübadiləsi tezləşir, ürək-damar xəstəlikləri azalır.

 

Osumi deyir ki, bu yolda 8 saatlıq pəhrizdən istifadə edə bilərsiniz. Məsələn səhər saat 8-də və 16-da qidalanaraq bədəninizi 8 saat ac saxlayırsınız.

İkinci metod isə su pəhrizidir. Həftənin bir günü yalnız su və şəkərsiz meyvə şirələri qəbul etməklə bədənizi təmizləyib, hüceyrələri bərpa edirsiniz. Su pərizini yalnız yazda, yaxud il ərzində davam etdirə bilərsiniz. (publika.az)

Tarix: 3-04-2019, 08:44
Xəbəri paylaş





Xəbər lenti