"Biz Kürdəmir rayon sakinlərinin şikayəti nazir Sahil Babayevədir". Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb. Daha sonra narazı sakinlər yazır:
"Hörmətli, Sahil Babayev, Siz demək olar bütün günü efirlərdə sosial aparılan islahatlardan, görülən işlərdən ağız dolusu bəhs edirsiniz. Yaxşı, indi gəlin Kürdəmirdə vəziyyət necədir? Kürdəmirdə necə deyərlər hər kəs keçmiş nazir Səlim Müslümovun "ölənlərinə rəhmət oxuyurlar". Bu gün hər bir Kürdəmir sakini siz Sahil Babayevdən narazıdır. Biz sakinlər bilmirik bu narazılığın mənbəyi sizsiniz yoxsa sizin DSMF-nin Kürdəmir rayon şöbəsindəki kadrlarınız? Sözü uzatmadan konkret olaraq mətləbə keçirik. Biz Kürdəmir sakinlərinin konkret olaraq şikayəti DSMF-nin Kürdəmir rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Hidayətov Hamil Ədalət oğlu və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin Məmməd oğlundandır. Bildiyimiz kimi sosial yardım və sosial yardımın təyinatı bu iki şəxsin əlində cəmləşibdir. Hər gün xeyli vətəndaş sosial müavinətin təyin (uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, dəfn üçün müavinət, penitensiar müəssisələrdə çəzaçəkmədən azad olunan şəxslər verilən müavinət və s) olunması üçün Hidayətov Hamil və Mürsəlov Raminin yanına üz tuturlar. Uşağn anadan olmasına görə verilən (süd pulu) müavinətin təyin olunması üçün bu iki şəxs yəni H.Hamil və M.Ramin hər bir vətəndaşdan 10-15 manat, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə müavinətin təyin olunamsı üçün isə 40-50 manat rüşvət tələb edirlər. Və bu insanlara etirazını bildirkdə isə bildirirlər ki, bəs bizim "idarənin qarşısına tapşırıq qoyurlar", "Sahil Babayevin, nazirlikdəki digər vəzifəli şəxslərin haqqı çatmalıdır, bizim ailəmiz, uşağımız var" biz özümüz də "dolanmalıyıq" kimi ifadələrlə vətəndaşlara cavab verirlər. Bu sosial müavinət sahəsində olan korrupsiya faktları idi. İndi gəlin keçək ünvanlı sosial yardıma.
Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üçün müraciət prosedurları elektronlaşsa da, Kürdəmirdə hələ də bu “yardım” rüşvətlə başa gəlir. Belə ki, aztəminatlı ailənin təmsilçisi bir qədər pulundan keçib, lazımi sənədləri almaq, özünün təmsilçilik hüququnu rəsmiləşdirmək üçün sənədlərin dövlət rüsumlarını ödəməlidir.
Ardınca vətəndaş özü haqqında məlumatları VEMTAS-a daxil edir. Bu hələ hamısı deyil! Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərə məsul nümayəndələri müraciətçinin sənədlərində elektron olaraq, bir problem tapıb “VEMTAS” sistemi ilə imtina sms-i göndərməsələr, işin yarısını alınmış saymaq olar. Daha sonra vətəndaşın qeydiyyatda olduğu rayon üzrə Dövlət Sosial Müdafiə Mərkəzinin əməkdaşları Hidayətov Hamil vəya Mürsəlov Ramin vətəndaşın evinə, yaşayışına baxış keçirib, müayinə aktı imzalayırlar. Və yenidən yardım üçün rüşvət mexanizmi işə düşür..Bu rüşvət mexanizmi necə işə düşür? Gəlin bunu sizə izah edim: Vətəndəş öz gəlirləri barədə məlumatları VEMTAS-a daxil edəndə, məsələn, vətəndaş tutaq ki, VEMTAS-a bir baş inək, 5 baş qoyun, 12 sot həyətyanı torpaq sahəsi daxil edibdir. Bu vətəndaşın maddi-məişət şəraitini Hidayətov Hamil və ya Mürsəlov Ramin yoxlayarkən aşkar edir ki, vətəndaşın bir baş inəyi yox 5 baş inəyi var, beş baş qoyunu 10 baş qoyunu var, 12 sot həyətyanı torpaq sahəsi yox 50 sot həyətyanı torpaq sahəsi var. Hə bax burda rüşvət mexanizmi işə düşür. Bunlar vətəndaşa bildirir ki, mən aşkar etdiklərimi olduğu kimi müayinə aktına qeyd etsəm sənə avtomatik imtina veriləckdir və sən bir il sosial yardıma müracət hüququndan məhrum ediləcəksən. Və nəticədə vətəndaşdan 1000-1500 manat rüşvət tələb edirlər. Və biz aşağıda adları qeyd olunan Kürdəmir rayon sakinlərinin nazirlik, Baş prokurorluq, Prezident Admnistrasiyası olaraq Sizdən tələbimiz Hidayətov Hamil Ədalət oğlunun və Mürsəlov Ramin Məmməd oğlunun yuxarıda qeyd etdiyimiz korrupsiya faktlarına görə dərhal tutduqları vəzifələrindən azad edilib həbs olunmasını tələb edirik. 1. Həsənov Şamil Qərib oğlu 2. Atakişiyev Fərhad Osman oğlu 3. Qurbanov Əli Həsrət oğlu 4. Məmmədzadə Ağayar Eldar oğlu 5. Səmədov Ağa Telman oğlu 6. Kərimov Elimdar Seyid oğlu 7. Seyidova Gülşən Tapdıq qızı 8. Abdullayev Şahbaz Abdulla oğlu 9. İbrahimov Dəmir Qəşəm oğlu 10. Səfərova Aygül Bayram qızı 11. Osmanov Dünyamalı Ramazan oğlu 12.AĞAMALIYEVA KÖNÜL ƏLİYASIN QIZI 13. Məlikov Əzizağa Əli oğlu 14. İbrahimov İsrayıl Akif oğlu 15.VƏLİXANOVA FƏNARƏ ZİYA QIZI 16. Məmmədov Qabil Əliş oğlu 17. Nuhiyev Vüsal Ramazan oğlu 18. Havıyev Taleh Qulam oğlu 19. Babayev Ələddin Faiq oğlu 20. Qəniyev Mehman Əlbaba oğlu 21. Xəlilov Fəqan Malik oğlu 22. Qasımova Fənarə Əlisa qızı 23. Cümşüdov Cavanşir Bəhram oğlu 24. Abdulhəmidov Əhəd Babakişi oğlu 25. Məmmədov Emin Rəşad oğlu 26. İdrisov Ramiz Söhrab oğlu 27. Əkbərova Aynurə Soltan qızı 28. Ağayev Telman Əlövsət oğlu 29. Şirinov Samir Mahir oğlu 30. Əskərov Asif İlyas oğlu 31. Mamudov İlkin Kərim oğlu 32. Heybətov Akif Səfər oğlu 33. Rəhimov Nurəddin Sabahəddin oğlu 34.İbişov Rəşad Rasim oğlu 35. Zeynalova Səbinə İbad qızı 36. Vəkilov Sabir Əliyar oğlu 37. Mehdiyev Səftər Zeynal oğlu 38. Qədirov Sadiq Dəmir oğlu 39. Bağırov Zamiq Zaman oğlu 40. Əlizadə İlham Vaqif oğlu 41. Umudov Tural Mətləb oğlu 42. Əliyev Həmid Polad oğlu 43. Xələfov Bağır Qoxmaz oğlu 44. Mikayılov Fərhad Saleh oğlu 45. Həbibova Rəqsanə Həbib qızı 46. Azayeva Xəyalə Mütəllim qızı 47. Mehdiyev Həsən Əliş oğlu 48. Həşimov Əizi Tehran oğlu 49. Novruzlu Samir Mustafa oğlu 50. Əhmədov Nemət Firuz oğlu 51. Şərifov Ceyhun Misir oğlu
Yuxarıda adları qeyd edilən vətəndaşların əlavə olaraq, biz adlarımızın açıqlanmasını istəməyən DSMF-nin Kürdəmir rayon şöbəsinin Mühasibat uçotu sektoru, Pensiya Təyinarı sektoru və sosial sığorta sektornun əməkdaşları olaraq təsdiq edirik ki, sosial yardım sosial müavinətlər sektorunun müdiri Hidayətov Hamil Ədalət oğlu və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin Məmməd oğlu vətəndaşlardan rüşvət almaqla məşğuldurlar və bu faktı bir daha təsdiq edirik".
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...