Sahil Babayev Bayram Mikayılova nədən etimad göstərdi... - ŞOK GƏLİŞMƏ


Sahil Babayev Bayram Mikayılova nədən etimad göstərdi... - ŞOK GƏLİŞMƏ














Uzun zamandır ki, dövlət başçısı məmurlara vətəndaşlarla davranışlarında diqqətli olmağa, onlara vəzifələrindən sui-istifadə etməyəyə çağırır. Son zamanlar Azərbaycanda həyata keçirilən islahatlar, kadr siyasəti ilə bağlı olaraq nümayiş etdirilən iradə dünya ictimayyəti tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda məmurların yol verdiyi ən kiçik özbaşnalıq, vətəndaşlara qarşı edilən kobud rəftar belə cəzasız qalmır. Əlbəttə ki, bu da ictimayyət tərəfindən böyük rəğbətlə qarşılanır. Lakin buna baxmayaraq dövlət başçısının xalqla məmurlar arasında sıx əməkdaşlığın, səmimi ünsiyyətin yaradılması ilə bağlı göstərişləri sanki sabotaj edilir.

Belə qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Əsasən də nazir Sahil Babayevin sonkadr islahatları, insanlar arasında narazılıq və ikrah hissi ilə qarşılanır. Redaksiyamıza daxil olan informasiyaya əsasən bir həftə əvvəl nazir Sahil Babayevin əmri ilə Saatlı Rayon Məşğulluq İdarəsinin rəisi Bayram Mikayılov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sabirabad rayon şöbəsinə rəhbər təyin olunub.

Sahil Babayev Bayram Mikayılova nədən etimad göstərdi... - ŞOK GƏLİŞMƏ





Bayram Mikayılov 


Niyə sabirabadlılar öz həmyerliləri olan, əslən rayonun Ulacalı kəndində olan Bayram Mikayılovun bu vəzifəyə təyin edilməsindən narazıdır? Çox kiçik araşdırma apararkən internet axtarış sistemlərində B.Mikayılov haqqında məmurun etik davranış qaydalarına uyğun gəlməyən faktlarla rastlaşdıq. Xəbər saytlarında “Nazirliyin idarə rəisi arvadını bıçaqladı”, “Nazirliyin idarə rəisi gözdən əlil ahıl kişini ələ salıb videosunu çəkdi” , məmurun bahalı villaları və sair kimi xəbərlər yer alır.

Sabiq sosial müdafiə naziri Səlim Müsıümovun dönəmində Saatlıda vəzifə tutmuş, Bayram Mikayılov bu qədər ictimai qınaqlardan, bu qədər sadalanan faktlara heç bir münasibət bildirməyərək, yeni nazirlə necə dostlaşa bilib, necə olub ki, onu daha yüksək vəzifəyə, Sabirabad ƏƏSMN-nin idarəsinə rəhbər təyin ediblər?

Bəlkə Sahil Babayevin kadrı yoxdur? Bəlkə Sahil Babayev uzun illər barələrində neqativlə dolu dosyelər yayılan Səlim Müslümovun kadrları ilə əməkdaşlığını davam etdirmək məcburiyyətində qalıb və buna məcbur edilir?

Maraqılıdır ki, Bayram mikayılovun 2016-cı ildə gözdən əlili ələ salaraq videoya çəkməsi və onu sosial şəbəkələrdə yayması böyük ikrah və ictimai etirazla qarşılanmışdı. Lakin az sonra nazirlik açıqlama yayaraq çəkilişin baş verdiyi otağın idaərəyə məxsus olmadığı iddia edilirdi. Çox maraqlıdır ki, bu iddialarla bağlı bakupost.az xəbər portalı araşdırma aparmış və nazirliyin iddialarının əsassız oldfuğunu ortaya qoymuşdu.

Saatlı rayon sakini Elşən Allahverdiyevin ahıl atasının məmur tərəfindən ələ salınaraq yayılan videosu




Sahil Babayev Bayram Mikayılova nədən etimad göstərdi... - ŞOK GƏLİŞMƏ
Sahil Babayev Bayram Mikayılova nədən etimad göstərdi... - ŞOK GƏLİŞMƏSahil Babayev Bayram Mikayılova nədən etimad göstərdi... - ŞOK GƏLİŞMƏ





















İndi Sahil Babayev nəinki barəsində neqativ xəbərlər külliyatı olan məmura yüksək vəzifə verib, həmin məmur bir qədər də uzağa gedərək Sabiarabad rayonuna idarə rəisi təyin edilən kimi 30 pensiyaçının pensiya təminatına embarqo qoyub. Və redaksiyamıza yazan 30-a yazın təqaüdçü bildirir ki, bütün bunları “özünü təsdiq” üçün B.Mikayılov idarəyə vəzifəyə təyin etdiyi qaynı İlqar adlı şəxs vasitəsilə həyata keçirir. Hansı qanunlara əsasən yaxın qohumluq əlaqəsi olan şəxslərin tabeçilikdə dövlət qulluğunda çalışması qadağan olunur.

Gundeminfo.az –a müraciət edən sakinlər iddia edirlər ki, 30-a yaxın vətəndaşa dövlət tərəfindən təyin edilmiş pensiya müavinətlərinin verilməsinin qarşısını alması qəti şəkildə yolverilməzdir. Baxmayaraq ki, bu şəxslərin sırasında fiziki məhdudiyyətli, yataq xəstələri və çətin həyat şəraitində olan şəxslər vardır..

Şikayətçi sakinlər müraciətin sonunda qurum rəhbərliyinin özbaşınalğından boğaza yığılaraq Prezidentə şikayət edəcəklərini bildirirək müracətə bağlı ölkə rəhbərliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin məsələyə münasibət bildirməklərini xahiş edirlər.

Yazıda qeyd edilənlərlə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Araşdırmalarımız davam edir.
Tarix: 22-04-2019, 23:16
Xəbəri paylaş





Xəbər lenti