Heydər Əliyevin təltif etdiyi müharibə veteranı 4 körpəsi ilə daxmada
Bu barədə Sensasiya TV-yə danışan müharibə veteranı deyir ki, hazırda Bərdədə yaşayır. Ona nə sosial ünvanlı yardım ayrılıb, nə yerli icra hakimiyyəti tərəfindən köməklik olunub, nə də ev təminatı reallaşıb.
F.Hüseynov bildirir ki, Masallı rayonunda yoldaşının adına olan torpaq sahəsini bəhanə gətirib sosial yardım vermirlər. Ailəyə deyilir ki, həmin torpaqda əkin-biçin, dolanın.
Halbuki, Hüseynovlar Bərdədə yaşayır, Masallıya köçməsi mümkün deyil, mülkiyyətində bir torpağın olması isə çox xırda məsələdir. Faktiki olaraq, müharibə əlili 4 körpəsi ilə ağır vəziyyətdə yaşayır.
Gəl ki, H.Əliyevin təltif etdiyi qəhrəman mənzillə təmin edilmir, sosial yardım ala bilmir. Onun sözlərinə görə, Bərdənin icra başçısı Vidadi İsayev, icra nümayəndəsinə, deputat Zahid Oruca müraciət edib. Amma onun səsinə səs verən olmayıb.
Doğurdan da ürək ağrıdan mənzərədir ki, müharibə əlili hamıdan qabaq yaxşı şəraiti olan ev haqq etdiyi halda daxmada yaşamağa məhkum olub.
Ölkənin sərvətlərini talayan məmurlar, insanların haqlarını yeyənlər isə villalarda kef çəkirlər. F.Hüseynov bununla belə ümidini itirməyib.
O, inanır ki, xalqın dadına çatan prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və nazir Sahil Babayev tezliklə müharibə veteranının, üstəlik, Ulu öndərin təltif etdiyi şəxsin mənzil problemini həll edəcək.