Bərdə Şirvanlı kəndində iki gözdən əlilin hasarı uçub.
Ancaq bu o qədər vacib deyil. Aydın Məmmədxanov Sensasiya TV-yə bildirib ki, onun həyatının hasarı çoxdan yıxılıb. İki oğlunu itirən dərdli ata işıqlı dünyaya həsrət qalıb, iki gözü görmür.
Onun müalicəsinə 1500 manat lazım gəldiyi bildirilir. Ancaq xanımı şəkər xəstəsi olan, özü cəmi 250 manat pensiya alan Aydın kişi görməyən gözlərini bu pula dikib ki, evə çörək ala bilsin.
A.Məmmədxanov deyir ki, aldığı pensiya güclə dərmana, yeməyə çatır: “Mənim 1500 manatım hardandır ki, əməliyyata gedim? Hasar uçub, imkan yoxdur ki, düzəldim. Yoldaşım da şəkərdir, dərmanlarını çatdıra bilmirəm.
Mən iki oğlumu itirmişəm, dünyadan köçüblər. İndi işıqlı dünyaya həsrət qalan bir ata kimi xalqımız oğullarına üz tuturam ki, mənə oğul olun, özünüzə ata bilin, köməklik göstərin”.
Əslində, 1500 manat elə də böyük məbləğ deyil. Bu pulu Bərdə rayon icra hakimiyyəti də verə bilər. Amma hamı Vidadi İsayevdən əlini üzüb.
O, prezidentdən, Mehiban xanımdan, səhiyyə nazirindən dəstək gözləyir. İki gözdən əlil kişi Bərdənin imkanlı şəxslərinə, xaricdə yaşayan iş adamlarına üz tutub. A.Məmmədxanov iş adamı Füzuli Məmmədova, Mübariz Mənsimova, İlham Rəhimova müraciət edib, köməklik istəyir.