Bu üsullarla Ramazanda çəkinizi nəzarətdə saxlayın

10 faizlik çəki azalması bütün xəstəliklərə bağlı ölüm riskini 50 faiz səviyyədə azaldır.
Metbuat.az xəbər verir ki, müqəddəs Ramazan ayında oruc ibadətinizi yerinə yetirərkən çəkinizi nəzarətdə saxlamaq mümkündür.
Bunun üçün sadə süfrələr qurmağa diqqət göstərin. İftarlıq olaraq bilinən sosis, müxtəlif növ pendirlər, qaymaq, kərə yağı və bal yeməməyə diqqət edin.
İftarda süfrədə ən çox 5 növ yemək olmasını unutmayın. Süfrəyə 1 növ şorba, 1 növ ət yeməyi, 1 növ tərəvəz yeməyi, 1 kasa salat və 1 stəkan qatıq qoymağa çalışın.
Müxtəlif növ plovları, makaronları və xəmir yeməklərini mümkün qədər azaltmağa, hətta heç yeməməyə diqqət edin.
Ramazanda paxlalılara süfrələrdə daha çox yer ayırmaq lazımdır. Paxlalı bitkilər həm protein, həm karbonhidrat, həm də lif baxımından çox zəngin qidalardır.
Süfrələrdə ətə mütləq yer ayırın. Protein həm tox saxlayır, həm də əzələləri qoruyur. Xüsusilə qırmızı ət B12 vitamini və dəmir baxımından zəngindir.
İftar və sahur süfrəsində qatığı unutmayın. Qatıq protein, yağ, karbonhidrat və kalsium baxımından çox zəngin qidadır. Həm tox tutur, həm də həzm sistemini çalışdırır. Xüsusilə hər sahurda 1 stəkan qatıq yeyin.
Tarix: 8-05-2019, 16:33
Xəbəri paylaş





Xəbər lenti