Aldığı mənzilə 10 ildir ki, köçə bilmir- VİDEO


Qarabağ şəhidinin həyat yoldaşı Sevil Ağayeva 2009-cu ildə aldığı mənzilə hələ də köçə bilmir. Səbəb odur ki, onun aldığı mənzil özündən sonra daha iki nəfərə satılıb. Mənzilin satıldığı 3-cü şəxs mənzilin qapısının qıfılını dəyişərək şəhid xanımının evə daxil olmasına maneçilik törədir. Hazırda iş məhkəmədədir. Ancaq hüquqşünaslar deyirlər ki, mənzil ilk olaraq sevil ağayevaya satıldığı üçün qanuni üstünlük də məhz ondadır. İndi şəhid xanımı yeni günəşlidə 9 nəfərlik ailəsi ilə ikiotaqlı evdə qalır.

Aldığı mənzilə 10 ildir ki, köçə bilmir. Sevil Ağayeva 2009-cu ildə ''Yeni Yasamal'' MTK-nın Yasamal rayonu Xiyabani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan 2 otaqlı mənzil alıb. Sonra məlum olub ki, həmin mənzil ondan sonra daha 2 nəfərə satılıb.

Sevil Ağayeva deyir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib. Rayon və apelyasiya məhkəmələri xanımın xeyrinə qərar çıxarıb.

Sevil Ağayeva deyir ki, həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olub. O, indi 3 övladı və onların ailəsi ilə Yeni Günəşlidə ikiotaqlı mənzildə yaşayır. Mənzil şəraitinin pis olduğunu deyən Sevil Ağayeva məsələnin ədalətli şəkildə həll edilərək mənzilin ona verilməsini istəyir.

Mənzilin 3-cü sahibi olan Eldar adlı şəxslə əlaqə saxladıq. O bildirdi ki, eyni mənzili 2015-ci ildə alıb və təmirə başlayıb. Mənzilin daha əvvəl 2 nəfərə satıldığını Yasamal rayon və Apelyasiya məhkəmələrinin qərarından sonra xəbər tutub. O da xanımı Ali Məhkəməyə verib.

Ali Məhkəmənin qərarından sonra mənzilin 3-cü sahibi qıfılı dəyişdirib.

Məsələ ilə bağlı vəkil Xəyal Bəşirov qeyd edib ki, Ali Məhkəmənin işi ləğv etməsi qadının xeyrinə yenidən qərar çıxarıla bilməyəcəyi anlamına gəlmir. Bundan əlavə, qadının alqı-satqı müqaviləsi daha köhnə tarixə aid olduğundan o, müəyyən üstünlüyə malikdir. ''Ali Məhkəmənin qərarından sonra mənzilin satıldığı 3-cü şəxsin qıfılı dəyişdiriməsi qanunauyğun deyil. Çünki mənzilin məhkəmədə mübahisə predmeti olması ona mənzilin sahibi kimi davranmaq haqqını vermir'',- deyə Xəyal Bəşirov vurğulayıb. Araşdırma zamanı məlum olub ki, sözügedən MTK belə fırıldaqçılıqla məşğul olurmuş. MTK sahibi dələduzluğa görə hazırda həbsdədir.(Xezerxeber.az)


Tarix: 10-05-2019, 09:54
Xəbəri paylaş





Xəbər lenti