"Mən iddia etsəm ki, həmin dövrdə səhiyyədə rüşvət yox idi, siz mənə gülərsiniz" - ƏLİ İNSANOVDAN NÖVBƏTİ AÇIQLAMA

"Mən iddia etsəm ki, həmin dövrdə səhiyyədə rüşvət yox idi, siz mənə gülərsiniz"
Sabiq səhiyyə naziri Əli İnsanov “Azadlıq” radiosuna müsahibəsində ölkənin səhiyyə sisteminin durumundan danışıb.

O bildirib ki, qanun qəbul olunsa da ancaq icbari tibbi sığorta təmin olunmur:

“Bu məsələ öz həllini tapmalıdır”.

Əli İnsanov, həmçinin özünün nazir olduğu dönəmdə səhiyyənin durumuna da toxunub:

“Mən nazir olduğum dövrdə səhiyyənin durumu ilə bağlı bütün suallarınıza cavab verməyə hazıram. Mən iddia etsəm ki, həmin dövrdə səhiyyədə rüşvət yox idi, siz mənə gülərsiniz”.
Gununsesi.org
 
Tarix: 24-05-2019, 15:32
Xəbəri paylaş





Xəbər lenti