Yay istirahət düşərgəsi, yoxsa valideyni “qaz kimi yolma” siyasəti?


İki həftəlik düşərgəyə 1000 manatı kimlər ödəyir?

Məktəblilər üçün yay düşərgələri valideynləri ən çox maraqlandıran mövzulardandır. Həm istirahət, həm də səmərəli vaxt keçirmə istəyi yay düşərgələrini valideyn-uşaqlar üçün maraqlı edir. İndi sosial şəbəkədə bu sayaq onlarla elan var. Təbii ki, qiyməti yazmadan, dəbdəbəli elanlar verilir, füsunkar təbiətli məkanlardan fotolar paylaşılır. Bəs yay düşərgələrinin şərtləri necədir? Ödəniş, təklif edilən imkanlar və təhlükəsizlik hansı səviyyədədir?

“Yeni Müsavat” bu mövzuda kiçik bir arayış hazırlayıb. Hazırda yay düşərgələri daha çox özəl şirkətlər tərəfindən həyata keçirilir. Qiymətlər isə 14 gün üçün 500 manatdan başlayır. Düşərgələrə daha çox aşağı sinif şagirdləri müraciət etdiyindən təhlükəsizlik məsələləri də xüsusi önəm kəsb edir. Yay düşərgələri təşkil olunarkən əsas üstünlük şagirdlərin dil bilgilərinin inkişaf etdirilməsinə, idman və istirahətlə yanaşı, biliklərinin artırılmasına verilir.

Yay istirahətini bölgələrdəki düşərgələrdə keçirənlərlə yanaşı xaricə üz tutanlar da az deyil. Amma burada da qiymətlər fərqlidir.

AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün düşərgə təşkil ediləcək. “Mərdəkan” istirahət düşərgəsi AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün yeni mövsümə start verir. Düşərgədə 7-14 yaş arası məktəbli uşaqların istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla 5 növbədə təşkil edilir: I növbə: 20 iyun - 04 iyul; II növbə: 7 iyul - 21 iyul; III növbə: 24 iyul - 8 avqust; IV növbə: 10 avqust - 24 avqust; V növbə: 27 avqust - 10 sentyabr . Tələb olunan sənədlər: doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış.

Düşərgədə komfortlu kotteclərdə gündə 4 dəfə qidalanma, ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, yarışmalar, diskoteka, ekskursiyalar, gündəlik idman nəzərdə tutulur. Kompleksin ərazisində hovuz, tennis, qum üzərində futbol və voleybol meydançaları var. Bundan əlavə, 24 saat həkim və kamera nəzarəti mövcuddur.

Bir növbə üçün adambaşı ödəniş haqqı 250 manatdır (100 manat valideyn tərəfindən, 150 manat isə institutun Həmkarlar Komitəsinin fondundan ödəniləcək).

Nabranda yay düşərgəsi isə 25-31 iyul tarixlərində təşkil olunub. Düşərgəyə qatılacaq uşaqların yaş həddi  8-14-dür.  Qiymət: may ayında qeydiyyatdan keçənlərə 295 AZN, iyun ayında 395 AZN.

Proqrama daxildir:

Səviyyə-təsbit sınağı;

Hər gün 2 saat ingilis dili dərsi (danışıq və dinləmə):

Düşərgədə gecələmə;

Gündəlik 3 dəfə qidalanma;

Düşərgədaxili fəaliyyətlər: futbol, voleybol, tennis, baseyn, kino, musiqi, parti, karaoke, əyləncəli və məntiqi oyunlar və s;

Düşərgəxarici fəaliyyətlər: Qusar-Laza şəlaləsi, dəniz, Xaçmaz gəzintisi, Aquapark;

SERTİFİKAT;

Düşərgə ərzində çəkilən şəkillərin DİSKİ;

Transfer (Bakı - Nabran - Bakı).

Daha bir düşərgə isə Qusar Olimpiya Kompleksində nəzərdə tutulur. Ödənişi 720 manatdır və “hər şey daxil” konseptindədir. Düşərgəyə 8-16 yaşlı uşaqlar qoşula bilər. Düşərgənin keçirilmə vaxtları:

1-ci qrup: 1 iyul -13 iyul (12 gecə, 13 gün).

2-ci qrup: 15 iyul - 27 iyul (12 gecə, 13 gün).

3-cu qrup: 29 iyul - 10 avqust(12 gecə, 13 gün).

4-cu qrup: 12 avqust - 24 avqust(12 gecə, 13 gün).

Creative Kids şirkəti isə Qax “El Resort” hotelində təşkil etdiyi yay düşərgəsi üçün qiymətlər:

5 gün, 4 gecə

18-22 iyun - 495 manat

7 gün, 6 gecə

18-24 iyun - 650 manat

10 gün, 9 gecə

18-27 iyun - 890 manat

Yay istirahÉt düÅÉrgÉsi ile ilgili görsel sonucu

“Oskar Group” şirkətinin təklif etdiyi yay məktəbi proqramının standart paket qiyməti bir mərhələ üçün 130 manatdır. İyun ayının 10-na qədər qeydiyyatdan keçənlərə isə bu məbləğ 100 manat olacaq. Standart proqramdan əlavə uşaqlara həftəlik gəzintilər, rəsm, məntiq, rus dili, şahmat dərsləri də təklif olunur. “Oskar Group” həmçinin valideynlər üçün ingilis dili və ya rus dili dərsləri də təşkil edir. Dərslər həftənin tək və ya cüt günləri səhər və ya günorta növbələri olmaqla 3 saat tədris ediləcəkdir. Bu dərslərdə valideynlər həm vaxtlarını səmərəli istifadə edəcək, həm də ingilis və rus dili ilə bağlı sadə və praktik biliklərə yiyələnəcəklər. Bu həm də onların öz övladları ilə ingilis və rus dilində daha rahat ünsiyyət qurmalarını təmin edəcəkdir. Valideynlər üçün ingilis dili və ya rus dili dərslərinin aylıq qiyməti 75 manatdır.

Dubayda yay məktəbi də təklif olunan variantlardandır.

Tarix: 19-28 iyul 2019

Məkan: Manipal Academy Of Higher Education, Dubay, BƏƏ. Bura 14-16 yaş arası şagirdlər qatıla bilər. Ödəniş 450 dollardır. Təyyarə bileti qiymətə daxil deyil.

Düşərgəyə daxildir: Dubay vizası, 10 gün MAHE kampusunda düşərgə, MAHE Hostelində yemək və gecələmə, ingilis dili dərsləri, elmi layihələr, Dubayın görməli yerlərinə səyahət, sertifikat və suvenir hədiyyə.

Eko Dizayn şirkətinin yay düşərgəsində də fərqli variantlar öz əksini tapıb. 15 iyundan 1 iyula qədər olan düşərgədə həftədə 6 dəfə məşğələ nəzərdə tutulur. Vaxt 10:00-18:00. Dil: rus dili

2-3 yaş - 400 manat

3-4 yaş  - 450 manat

4-5 yaş - 500 manat

5-12 yaş - 550 manat

Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək. Bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov deyib. O bildirib ki, bu, gələcəkdə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra mümkün olacaq: “Bu halda məktəblilər düşərgəyə seçmə şəkildə aparılmayacaq, istənilən sayda şagird qatıla biləcək. Bu gün üçün Təhsil Nazirliyi tərəfindən məktəblilər üçün qısamüddətli yay düşərgələri təşkil olunur. Bura əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olimpiadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib”.

Gördüyünüz kimi, yay düşərgəsi üçün bir-birindən fərqli şərtlər və məbləğlər müəyyən edilib. Amma bir çoxu orta statistik azərbaycanlının cibinə uyğun deyil. Bu şərtlərdə məktəblinin yay tətili də valideyn üçün əlavə yükdür.


Tarix: 8-06-2019, 22:26
Xəbəri paylaş





Xəbər lenti