"Hazırda həm daxili turizm, həm də gəlmə turizm inkişaf edir. Daxili turizmdə əsasən, regionlarımızda dincəlməyə üstünlük verirlər. Təbii ki, rəqabət gedir. Harda xidmət səviyyəsi daha ucuz və yaxşıdır ora daha çox turist cəlb olunur. Bunlar yoxdursa, az turist axını olur. Rəqabət daha da güclənməlidir. Çünki rəqabət olan yerdə xidmət və keyfiyyət də yuxarı qalxacaq”.
Bu sözləri "Yeni Sabah”a Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O qiymət siyasətindən də danışıb:
ƏTRAFLI
SAMSUNG
"Qiymət məsələsində əhali bəzi obyektlərdən narazıdır. Təbii ki, elə qiymətlər olur ki, onlar xaricə, məsələn, Gürcüstana üz tutmağa məcbur olurlar. Qiymət, marketinq siyasətinə bir daha diqqətlə yanaşmaq lazımdır. Bu səbəbdən mütləq sahibkarlar və menecerlər bu məsələyə məsuliyyətlə yanaşıb, xüsusilə, bizim əhali üçün şərait yaratmalıdırlar.
Xüsusən şimal-qərbdə - Şəki, Qəbələ zonasında qiymətlər bahadır. Amma elə zonalar var ki, qiymət aşağıdır, amma infrastruktur zəifdir. Bu da şimal-şərq -Nabran zonasıdır.
Çalışmaq lazımdır ki, həm xidmət səviyyəsi, həm də qiymətlər münasib olsun. Onda bizim əhali daha çox ölkəmizdə istirahət etməyə üstünlük verər. Valyuta ölkədə qalar”.
M.Ağakərimovun sözlərinə görə , hər bir sahədə olduğu kimi burada da problemlər var:
"Bildiyiniz kimi bir çox sahibkarlar birdən-birə varlanmaq istəyirlər. Bu da mümkün deyil. Hər bir şeyin qayda-qanunu var. Otel biznesi 5-10 il arasında qoyduğu maya dəyəri, sərmayəni geri qaytarır. Amma elələri var ki, tələsirlər. Ona görə də qiyməti tez qaldırırlar”.
Müşavir bildirib ki, bu yay da ərəb ölkələrindən turist axını gözlənilir:
"Əsasən Rusiyadan turist axını olacağı gözlənilir. Təbii ki, bir sıra MDB dövlətlərindən də bizə maraq göstərirlər. Xüsusən, sağlamlıq turizmi ilə əlaqədar Qazaxıstan və digər ölkələrdən gəlmək istəyirlər. Əgər ölkəmizi turistlər üçün cəlbedici etmək istəyiriksə, turizm kompleks bir sahədir və hər birinə diqqət etmək lazımdır.
Həm nəqliyyatı, həm aviabiletlərin, həm otellərin qiymətini münasib etməli, xidmət səviyyəsini qaldırmalıyıq”.
Assosiasiya müşaviri vətəndaşların daha çox hansı ölkələrə üstünlük verməsindən danışıb:
"Bizim vətəndaşlar da müalicə xarakterli "Karlovı Varı”ya gedirlər. İlk növbədə qardaş Türkiyəyə üz tuturlar. Viza, dil problemi yoxdur. Türkiyənin qiymətləri münasib, xidmət səviyyəsi də yüksəkdir. Həm də orada tanışlar, qohumlar olur. Ona görə Türkiyə birinci yerdə durur. Alanya, Antalya Kemer, Quş adası və Bodruma üstünlük verirlər.
Ölkələrdən ən ucuzu bizim üçün hələ ki, Türkiyədir. Avropa ölkələri bizim qiymətlərlə orta səviyyədədir. Gürcüstan da ucuzdur. Ona görə çox sayda azərbaycanlı ora gedir”.
Tarix: 14-06-2019, 22:07