Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Qanunsuz təyinatlar və maddi maraqlar müqabilində məhv edilən təhsil sistemimiz. Azərbaycan təhsilinə rəhbər gətirilən ibtidai sinif müəllimləri sayəsində təhsilimiz günü gündən batmaqdadır. Beləki, Təhsil Nazirliyi Azərbaycanda yeni müsabiqə mexanizmi əsasında 2018-2019-cu tədris ilində 300 məktəbə yeni direktor təyin edilməsi haqqında məlumat yayıb. Amma aparılan araşdırmalarda məlum olur ki, hətta təyin edilən direktorlar belə kimlərinsə himayəsi əsasında təyinat əldə edə biliblər. Misal olaraq Təhsil Nazirliyinin sözünün keçmədiyi Sumqayıt Şəhər və Ağdam şəhər məktəblərini misal gətirməkdə mümkündür. Nədənsə illərdir Sumqayıt təhsilində baş verən biabırçılıqların qarşısı alınmır. Son 5 ildə Sumqayıt Təhsil Şöbəsində 4-5 müdir təyinatı verilib. Buna səbəb nədir deyə sual yaranır. Cavab isə çox sadədir! Qanunsuzluq pik həddə çatdıqda direktorlara cəza vermək ixtiyarı olmayan amma vəzifəsinin səlahiyyətində buna izni olan RTŞ müdirləri himayə edilən məktəb direktorlarının əvəzinə vəzifədən çıxarılır. Ən əsasıda odur ki, Sumqayıt təhsilinin biabırçılığı məhz İcra başçısının adı ilə bağlanır. Bunu deməyə əsas verən məqamsa məktəb müəllimlərinin verdiyi şikayətlərdə və söylədikləri ifadələrində yer almaqdadır. Çoxda keçmiş olmayan zaman kəsiyində Sumqayıt 9 saylı məktəbdə qanunsuz olaraq fəaliyyət göstərən şəxsin himayə edilməsi və onun bu himayə sayəsində müəllim və şagirdlərin hüquqlarını kobud şəkildə pozması ilə bağlı məlumat verilmişdik. Verdiyimiz məlumatlarda direktor əvəzi olan Həqqət Abdullayevanın qanunsuz təyinatı və məktəbdə aparılan yoxlamalar nəticəsində aşkarlanan faktlara əsaslanaraq işdən uzaqlaşdırılması gözlənildiyi halda görünməz ələr onun imdadına çataraq yeni-yeni qanunsuzluqları etməsi üçün münbit şərait yaratmışdı. Buna tək 9 saylı məktəbin qanunsuzluqları deyil hətta (İ. Qayıbov adına 1 nömrəli tam orta məktəb, Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı orta məktəb, Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəb, Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəb, Zülfü Hacıyev adına 17 nömrəli tam orta məktəb, Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta məktəb, Həzi Aslanov adına 22 nömrəli tam orta məktəb, 2 Nömrəli tam orta məktəb, "Təfəkkür" liseyi, Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyi, "İstedad" liseyi, 23 nömrəli tam orta məktəb, 19 nömrəli tam orta məktəb, 40 nömrəli tam orta məktəb...və s.) sadalamaqla bitməyən qanunsuzluqların baş verdiyi bu məktəblərdə heç bir tədbir görülməməkdədir. 9 saylı məktəbin daim gündəmimizdə olmasının səbəbi isə məhz bu məktəbin daxilində olan şəxslərin şikayətlərinin səngiməməsindən irəli gəlməkdədir. Amma görünən odur ki Bizim gördüklərimizi nə Təhsil Naziri nədə rayon Rəhbəri görmək istəmir. Bunların görmək istəməməsinində cavabını məhz görüşümüz zamanı 9 saylının müvvəqəti əvəzləyicisi H.Abdullayeva geniş şəkildə izahatını vermişdir. Onun söylədiyinə görə Rayon İcra hakimiyyətində ikinci şəxsə ayda 3000 manat miqdarında, Regional Maliyyə Hesablaşma mərkəzinin rəhbərliyinə hər ay 1000 manat və nəhayətində RTŞ rəhbərliyinə hər ay təhsil kuratoru Ulduz xanıma isə aylıq 200 manat məbləğ ödədiyindən onun törətdiyi əmələ görə söz deyilməyəcək. Bütün bu qanunsuzluqları etmək üçün sadalanan məbləğləri aylıq olaraq çatıran şəxsə sizcə kim tpoxunacaq deyə bizdədə təsüratlar yaranmadı desək yalan olar. Hətta rayon rəhbərinin özəl günlərdə Həqiqət xanıma bahgalı hədiyyələrin verilməsi barədə məlumatıda müəllim kolektivinə xanımın öz dilindən tələfüz edilmişdir deyə mənbə məlumat verib. Redaksiyamıza şikayət edən müəllimlərdən birinə isə adının açıqlanmasın istəməyən şəxs tərəfindən məktub çatırılıb. Məktubda Həqiqət Abdullayevanın bütün qanunsuz əmələri hər biri ayrı ayrılıqda qeyd edilib. Həmin məktub təfərüatını isə yaxın günlərdə təqdim edəcəyik. \\bakunews.az\\