Xanım məcburi köçkün qanunsuzluqla üzləşdiyinə görə ölkə başçısına müraciət etdi
Azərbaycanda son vaxtlar bir çox xidmət müəssisələrindən şikayətlər çoxalmaqdadır. Bunun səbəbi hamıya məlum məmur özbaşınalıqları,süründürməçilik,laqeydlik,biganəlik və sadalamadığımız bir çox neqativ xüsusiyyətlərdir. Qanunun vətəndaşlara verdiyi haqqları və imtiyazları dövlət məmurları niyə vermir? Vətəndaşları sanki get gələ salmaqdan həzz alırmişlar kimi davranan belə məmurların özbaşınalıqları nə vaxta qədər davam edəcək? Nə üçün hər bir xırda məsələ üçün vətəndaş ölkə rəhbərliyinə müracıət etmədilir? Əgər hər xırda bir məsələ dövlət başçısı səviyyəsində həllini tapırsa,onda bu vəzifəyə təyin olunmuş məmurlar nə işlə məşğul olurlar? Son bir neçə ildə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyində bir neçə dəfə rəhbər dəyişikliyi olub. Hər gələn nazir özü ilə bərabər güya bir yenilik gətirir. Amma onların gətirdikləri yenilik çox keçmir ki, elə söz olaraq qalır və hər şey köhnə qaydada davan etdirilir.
Cəbrayıl rayonunun Şahvəli kənd sakini, hazırda Sabunçu rayonunda məskunlaşmış məcburi köçkün Mustafayeva Mahizər Fehruz qızının ölkə başçısı İlham Əliyev cənablarına ünvanladığı müracıəti ürək ağrısı ilə oxumaya bilmirsən.Mahizər Mustafayeva 4 ildir yataq xəstəsi olan həyat yoldaşının Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əsassız olaraq əlillik dərəcəsinin təyin etməməsindən şikayətdir. M.Mustafayeva müracıətində yazır:
Xatırladım ki, 20 ildir ki, ailə qurmuşam. 3 xırda uşaqlarım var. Ən böyük oğlum yenicə hərbi xidmətə gedib.Yoldaşım əvvəl sürücü işləyirdi. 2015-ci ilin 20 iyun tarixində gecə yatarkən təzyiqi kəskin qalxmış və beyin insultu keçirmişdir. Bir neçə dəfə (hər ili) Sabunçu rayon 3 saylı xəstəxanasında müalicə olunmuşdur. Xəstəlik diaqnozu da bu olmuşdur ki, “Baş –beyin sol yarımkürəsində işemik infark” Artıq 4 ildir ki, yoldaşım ağır yataq xəstəsidir, danışa bilmir, iflicdir, ağrıdan gecə-gündüz yata bilmir, qışqırır. Son dəfə 2018-ci ilin axırında 3 saylı Sabunçu Xəstəxanasında da müalicə alan zaman bildirdilər ki, xəstəyə ən bahalı uynə-dərman tətbiq edilib.Bundan artıq müalicə mümkünsüzdür və əhəmiyyəti yoxdur. Xəstə hər an ölə bilər, evə aparın. Vəziyyəti son dərəcə ağır olan xəstəyə əlillik dərəcəsi verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Sağ olsunlar xəstənin vəziyyəti barədə 088 N-li TQS forması yazıb 2018-ci iln axırlarında Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verdilər. Budur TSEK xəstəni yoxladıqdan sonra 30 yanvar 2019-cu ildə sonuncu müayinəyə dair məlumatında bildiri ki, əlillik dərəcəsi verilməsinə imtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşmış stasionar müayinə və müalicə təyin olunur. Kənar şəxsin qulluğuna ehtiyacı var. TSEK-dən bizə bildirdilər ki, siz xəstəni aparın Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında 6 ay müalicə etdirin sonra biz ona əlillik dərəcəsi verə bilərik. Biz də naələc qalıb iflic olmuş 4 ilin xəstəsini xərəkdə Maştağaya apardıq. Burada bizə dedilər ki. xəstəniz dəlilərin arasında tək qalmalıdır və 6 ay müalicə almalıdır. Biz vəziyyətlə yerində tanış olduqda buradakı ağır vəziyyətdə olan ruhi xəstələrin arasında qıçı-qolu işləməyən, danışmayan, kəskin ağrılardan əziyyət çəkən xəstəmizin halına acıdıq. Bildik ki, ölüm ayağında olan xəstəmiz burada dəlilərin içində köməksiz vəziyyətdə neçə gün yaşaya bilər. Müalicədən imtina edib xəstəni evimizə gətirdik. Amma onun vəziyyəti günü-gündən pisləşir. Ailənin də iqtisadi durumu çox aşağıdır. Məcburi köçkün kimi 5 nəfərlik ailəmizə dövlətin veridyi qəpik-quruş “ çörək pulu”ndan başqa gəlir yerimiz yoxdur. İki uşaq məktəblidir. Böyük oğlum yenicə hərbi xidmətə gedib. Mən də ağır xəstəyə baxıram, işləyə bilmirəm. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin TSEK – da sağalmaz xəstə olan. Beyin infarktı keçirmiş, sağalmaz iflic xəstəsi olan həyat yoldaşıma yenə 6 ay müalicə yazdılar. Guya sağalacaqmış. Çox təəssüflər olsun ki, TSEK-ə yığılışmış həkim adını daşıyan insan toplusu bilməlidir ki, ölümcül xəstənin sağalmaq şansı sıfıra bərabərdir. Çox hörmətli Prezidentimiz İlham Əlıiyev vəonun qayğıkeş yoldaşı Mehriban xanım. Dəyər verən xalqımız Sizi həmişə hümanist və xeyirxah insanlar kimi tanıyıb. Və ailəmizin ümidi Sizsiniz ki, son günlərini yaşayan iflic xəstəsi olan həyat yoldaşım Əsgər Əhmədova əlillik dərəcəsinin verilməsinə yardımçı olasınız. Aktualinfo.org vətəndaş Mahizər Mustafayevanın bu müracıətini bütün instansiyalara göndərərək hər kəsin münasibətini öyrənəcək. Ölüm ayağında olan bir insanı bu qədər get-gələ salmaq, bu qədər süründürməçiliyə hansı səbəblərdən yol verildiyinə aydınlıq gətirməyə çalışacaq Bizi izləyin.
Tarix: 18-06-2019, 14:23