“Qadınlar lüt kişilərdən kömək istəyir...” - Deputat


“Qadınlar lüt kişilərdən kömək istəyir...” -

“Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə olan müxtəlif dini icmanın nümayəndələri xoşbəxt və firəvan şəkildə yaşayır. Dövlət tərəfindən yeni məscidlər tikilir və təmir edilir. İnsanlarımız qorxmadan və rahat şəkildə ibadətlərini edirlər”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat,Cavanşir Paşazadə “Qakoş Piri” ilə bağlı Press.az- saytının sualına cavab verərkən deyib. O, bildirib ki, təəssüf ki, dövlət tərəfindən yaradılan şəraitdən sui-istifadə hallardı da mövcuddur. 

“Sosial şəbəkələrdə yayılan həmin videoyaya mən də baxmışam. Təbii ki, o görüntülərə münasibətim pisdir. Çünki bu xurafatçılığı təbliq edən hərəkətlərdir. Düşünürəm ki, o görüntülər Azərbaycanın bugünki inkişafına, İslam dininə yaraşmır. 

Ancaq bu cür hallar dünyanın hər yerində mövcuddur. Hesab edirəm ki, məqsədli şəkildə bu görüntülər sosial şəbəkələrdə paylaşılır. Görüntləri paylaşan şəxs dövlətimizə və din siyasətimizə zərbə vurmaq istəyir. Bəzi dinlərdə insanların inandığı və yerinə yetirdiyi ayinlər var. Məsələn bütpərəstlikdə qadınlar lüt kişilərdən kömək istəyir, xristianlıqdan kənarda isə qadınlar soyunub soyuq sullara girib özlərinə xaç çəkir, kilsələrin yanında su çıxan kimi onu müqəddəsləşdirib, anti-sanitar yerlərdə uşaqları çimizdirirlər. Əlbəttə bütün bunlar insanların beyninin və inancının məhsuludur. Niyə onlarıda çəkib sosial şəbəkələrdə paylaşıb,lağ obyektinə çevirmirlər? Əgər məqsədsizdirsə bunlar da çəkilib, paylaşılsın.

Təbii ki, xurafatçılıq dünyanın hər yerində olduğu kimi Azərbyacanda da müəyyən qədər var. Dini İşlər üzrə Dövlət Komitəsi bu cür hallarla mübarizə aparır. Fikir versəniz görərsiniz ki, qanunsuz şəkildə fəaliyyət göstərən ziyarətgahların bir çoxu bağlanılıb. Bununla yanaşı insanların inanıb ziyarət etdiyi yerlər və pirlər var. Pirlər insanların inanc yeridir və mütəmadı olaraq oranı ziyarət edirlər. Onları qınamaq düzgün deyil. Çünki onlar bara, gecə klublarına gedib, pis işlərlə məşğul olmurlar. Onlar Allaha yalvarıb, işlərinin düzəlməsi üçün kömək diləyirlər. Təbii ki, mən Goranboydan yayılan görüntüləri dəstəkləmirəm. Amma bütün ziyarətgahları da eyni səviyyədə tutmaq da düzgün deyil. Düşünürəm ki, o görüntülərin yayan qıraqdan bizə daş atmaq istəyənlərin əməlidir”.

Tarix: 19-06-2019, 09:20
Xəbəri paylaş





Xəbər lenti