"Bizdə deyirlər ki, doğuş azalıb. Nədən azalıb? Təzadlı görünsə də, bizim durumumuzun yaxşılaşmasına görə".
Bu sözləri Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Oxu.az saytına müsahibəsində deyib:
"Biz dünyaya inteqrasiya edirik. Dünyaya inteqrasiya edərkən, onun müsbət məqamları da özünü göstərir, mənfi məqamları da. Möhtərəm prezidentimizin istəyi nədir? Nə deyir həmişə? Həmişə deyir ki, dünyaya inteqrasiya o demək deyil ki, azərbaycançılığı unudaq, milli-mənəvi dəyərlərimizi itirək. Bu, baş xətdir. Biz hamılıqla çalışmalıyıq ki, milli-mənəvi dəyərlərimizi qoruyaq və ona nail olaq ki, ailə institutunu bir az da möhkəmləndirək. Ailə institutuna, ailə təməlinə önəm verilməlidir. Məsələn, bizdə niyə boşanmaları faiz olaraq görürük? Çünki ABŞ-da, Avropada vətəndaş nikahı deyilən bir məsələ var. Yaxud Rusiyada əlli faiz boşanma var, yüksək rəqəmdir.
Azərbaycanda dünyaya inteqrasiya edə-edə o məqamlar özünü göstərməyə başlayır. Məsələn, bizdə deyirlər ki, doğuş azalıb. Nədən azalıb? Təzadlı görünsə də, bizim durumumuzun yaxşılaşmasına görə. Niyə Avropada azalır? Çünki sosial durumları yaxşıdır, pulları var, çox uşaq istəmirlər. Bizdə də həmin o tendensiyalar əmələ gəlməyə başlayır. Bunlar hamısı ailələrin ixtiyarına verilib. Heç kim bura müdaxilə eləmir, yəni Azərbaycanda müdaxilə yoxdur.
Azərbaycanda doğuş 2011-ci ildən bu yana azalmaqdadır, keçən il 138 min doğuş olub, amma 2011-ci ildə 176 min olmuşdu. Buna baxmayaraq, bizdə 100 minlik təbii artım var. Bunu da nəzərə almalıyıq və burada heç bir müdaxilə yoxdur. Ailələr özləri belə məsələləri tənzimləyirlər".