"Biz nə etməliyik ki, Sahil Babayevlə Oqtay Şirəliyev şikayətimizə baxsın..." - GİLEY

"Biz nə etməliyik ki, Sahil Babayevlə Oqtay Şirəliyev şikayətimizə baxsın..."
Cəlilabad rayon sakini Faba Nuriyev DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Ömürlük əlillik dərəcəsi təyin etmək üçün pul verməliyəm. Həm canım əlimdən gedib, həm də pul verməliyəm? Bunlar anlamır ki, o əlillik dərəcəsi mənə pensiya alıb başımı dolandırmaq üçün lazımdı. Ömürlük əmək fəaliyyətindən məhrum olmuşam , həyat yoldaşımın köməyi olmasa,özümü idarə edə bilmirəm. Mənə baxdığı üçün həyat yoldaşım da əmək fəaliyyəti ilə məşğul ola bilmir Nəticədə övladım ac qalır Bu 9 yaşında əzab çəkən oğlum sabah 18 yaşına catanda gəlib qapımdan aparacaqlar ön xəttə... Biz nə etməliyik ki, Sahil Babayevlə Oqtay Şirəliyev bizim şikayətə baxsın...

6 il əvvəl avtomobil qəzası kecirmişəm. Nəticədə aldığım xəsarətlərdən əmək fəaliyyətimi itirmişəm aylarla xəstəxanalarda müalicə almışam, ancaq nəticəsi olmayıb. Aidiyyatı qurumlara muraciətlərimdən sonra mənə 3-cü qrup əlillik dərəcəsi təyin olunub
2016-cı ildə səhhətimdə ağırlaşma olduğuna görə əlillik dərəcəsi dəyişdirilərək mənə ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin olunub sonradan səhhətimdə ağırlaşma olduğunan 1-ci qrup təyin olunması üçün muraciət etdim ancaq nəticədə 2-ci qrup əlilliyimi ləğv edərək yenidən 3-cü qrup əlillik təyin ediblər, mən bu barədə Prezidentə və Birinci Vitse-prezidentə muraciət etmişəm. Şikayət etməyimdən qəzəblənən rayon Tibbi Sosiyal Ekspertiza Komissiyasının rəhbərliyi məni "cəzalandırmaq" ücün mənim əlilliyyimi yerli-dibli ləğv etdi, mənə dəfələrlə deyirlər, vaxt itirməkdənsə həkimə şirinik ver, məsələ bitsin... Mən də sakit datanmayıb, davamlı şəkildə Prezidentə və Birinci vitse-Prezidentə məktublar yazmışam...

"Biz nə etməliyik ki, Sahil Babayevlə Oqtay Şirəliyev şikayətimizə baxsın..."

Nəticədə keçirdiyim qorxu və stresdən sol ayağımın pəncəsi yığıldı,ömürlük iflic oldum. Muraciətimdən sonra polis rəisi məni dəvət edib problemimlə maraqlandı, onun müdaxiləsindən sonra mənə 5 illik 2-ci qrup əlillik dərəcəsi rüşvətsiz təyin olundu. Ancaq ömurlük ifilic olmuşdum deyə, mənə ikinci yox, birinci qrup ömürlük əlillik dərəcəsi təyin olunmalıydı. Sonra da başladım buna görə muraciət etməyə...
Həkimlər özləri də şifahi şəkildə deyirər ki sənin müalicən yoxdur, ancaq rəy yazmaq lazım olanda tamamilə başqa şeylər yazırlar. Prezidentə Birinci Vitse -prezidentə Nazirlər Kabnetinə etdiyim muraciətlər baxılması üçün Əmək və Əhalin Sosiyal Nazirliyi və Səhiyyə Nazirliyinə göndəlirsə də, amma bu günə kimi cavab almamışam TSEK-in da qəbulda olanda mənə deyiblər ki bu qədər şikayət edib vaxt itirməkdənə, get həkimi gör "şirinlik" ver, rəyi düzgün yazsın gətil gəl 1-ci dərəcəli ömürlük əlillik təyin edək Bunlar əlildən də "şirinlik"uman varlıqlardır. Düşünmürlər ki, əlildə şirinlik verməyə pul olsa, uşağının qarnına çörək alar məktəbə göndərər, düşüb TSEK-in, xstəxananın qapısında qarmaz
Mənə imtina cavabı şifahi bildirilir, rəsmi cavab verilmir ki, həmin rəsmi cavab əsasında məhkəməyə muraciət edim".
Tarix: 13-07-2019, 14:17
Xəbəri paylaş





Xəbər lenti