Niyə xəyanətə uğrayırıq? – İnanılmaz səbəblər
Evli insanların öz həyat yoldaşlarına xəyanət etməsinin bir çox səbəbi var. Mütəxəssislərə görə, evli cütlüklərin 40%-dən çoxu xəyanətin yanlış olduğunu qəbul etməsinə baxmayaraq, ətrafda baş verən xəyanət hallarının və xəyanətə uğramanın mənfi təsirinə məruz qalır.Teleqraf.com xəbər verir ki, psixoloqlar şəxsiyyət pozğunluğu və uşaqlıqda yaşanan travmalar kimi risk faktorları ilə yanaşı, sosial şəbəkələr və evlilikdən sonra tətbiq olunan qadağaların da xəyanətə yol açdığını bildirirlər.
Evlilikdə yaşanılan məyusluq cütlükdən birini, yaxud hər ikisini xəyanətə sürükləyə bilir. Aldadan şəxs problemi həll etməyə cəhd edə bilər, amma bunu təkbaşına həll etmək mümkün deyil. Psixoloqlara görə, xəyanət məsələsində fərqli risk faktorları var. Lakin bunlardan heç biri xəyanətə məruz qalan həyat yoldaşı deyil. Aldatma səyləri bəzən bir yardım çağırışı, bir çıxış yolu, yaxud intiqam kimi ortaya çıxa bilir.
Cinsiyyətə görə dəyişkəndirCinsi səbəbdən dolayı baş verən xəyanətlər kişilərlə müqayisədə qadınlar arasında daha çox rast gəlinir. Kişilər ümumi olaraq sevgilərini gözəl sözlər söyləyərək, göstərmək yerinə, fiziki təmasla göstərməyə meylli olurlar. Cinsi tələbat baxımından razı qalmayanda, ya da tez-tez bu istəyi rədd ediləndə asanlıqla sevilmədiyini düşünə bilirlər. Bundan dolayı yaranan özgüvənsizlik səbəbindən kişilər daha çox xəyanət edir. Qadınlarda isə xəyanət duyğusal boşluğu doldurmağa yönəlikdir. Ümumi olaraq, həyat yoldaşları ilə aralarında bir bağın qalmadığından və daha arzulanmadığından şikayət edirlər.
Monotonluq xəyanətə yol aça bilirQadınlar özlərinin istədikləri qədər təqdir edilmədiyini, ya da görməzdən gəlindiyini hiss edəndə evlilik xaricində bir münasibətin duyğusal yaxınlığını axtarmağa yönələ bilir. Buna oxşar şəkildə evlilikdən və ya münasibətdən bezmə hallarında həm qadınlar, həm də kişilərin xəyanətə üz tutması mümkündür.
Necə yaxa qurtarmaq olar?Belə hallarda xəyanət edən tərəf çox vaxt problemini önə çıxarmaq üçün ələ keçmə yoluna da baş vura bilir. Bu nöqtədə problemi həll etmək üçün cütlüyün bir-biri arasındakı dinamikanı kəşf etməsi lazımdır. Xəyanəti daha dərin bir problemin əlaməti kimi qəbul etmək cütlük arasındakı münasibəti daha da gücləndirə bilər.
Ən konkret reaksiya qısqanclıqdırQadınlar duyğusal xəyanəti fiziki aldatmadan daha təhlükəli qəbul etdiyi halda, kişilər duyğusal xəyanəti daha tez bağışlaya bilir. Lakin hər iki tərəfin bu an verdiyi ən konkret reaksiya qısqanclıqdır. Həll edilməyən qısqanclıq qınanma və ittihamlara yol açır. Bu vəziyyətdə mütəxəssisə müraciət etmək münasibətləri yoluna qoymaq baxımından ən önəmli addımdır.
Tarix: 19-07-2019, 09:19