Bakının bu yoluna maşın yox, qayıq lazımdır - VİDEO



Sabunçu rayonu, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionat (Qocalar Evi) və xəstəxanaya gedən yol su altında qalıb.
Yeniavaz.com xəbər verir ki, Bilgəh qəsəbəsi sakinləri “Qocalar Evi” və xəstəxana istiqamətində gedən yolun su altında qalması və yararsız vəziyyətdə olmasından şikayət ediblər. Sakinlər bildirir ki, xəstəxanaya getmək üçün ancaq həmin göldən keçmək lazım olur. Bəzi hallarda isə gölün dərinliyi səbəbilə avtomobillər xarab olur. Bu səbəbdən sakinlər xəstəxanaya və ya yaşadıqları evlərinə gedərkən çətinliklə üzləşirlər. “Qocalar Evi”nin sakinləri də həmin yoldan narazı olduqlarını deyirlər. Onlar bildirir ki, yolu piyada keçə bilmirlər. Hər dəfə həmin yolu gedəndə problemlərlə qarşı-qarşıya qalırlar.
Bilgəh sakinləri deyir ki, qəsəbəyə yüksək vəzifəli şəxs və ya məmur gəldikdə həmin yolda su təcili təmizlənir. Onlar getdikdən bir-iki gün sonra isə yenə həmin yol nəzarətsiz qalır. Dəfələrlə müvafiq orqanlara müraciət edilməsinə baxmayaraq problem hələ də qalmaqdadır. 

Ruslan Yusibov
Tarix: 18-01-2020, 17:09
Xəbəri paylaş





Xəbər lenti