Deputat: “Hər evdar qadına sosial müavinət verilə bilməz”
“Evdar qadınlara müavinət nəzərdə tutulacaqsa, bunun kriteriyaları müəyyənləşdirilməlidir: “Əgər qadının uşağı böyükdürsə, əri onu saxlayırsa, mən bu kateqoriyalı insanlara müavinətin verilməsinin tərəfdarı deyiləm. Ona görə bu istiqamətdə qanun layihəsi hazırlanarsa, seçim olmalıdır”. Pravda.az-ın xəbərinə görə, bunu deputat Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, dünyada hamıya eyni sosial müdafiə tədbirləri görülmür: “Bu baxımdan ünvanlı olmalıdır, kateqoriyalar müəyyənləşməlidir. Varlı bir kişinin xanımı işləmirsə, ona sosial müavinət nəzərdə tutulmamalıdır. Yəni hər evdar qadına sosial müavinət verilə bilməz. Sosial müdafiə cəmiyyətdən gələn sosial sifarişdir. Bu mənada dəyərləndirmə aparılmalıdır”.
M.Quliyevin sözlərinə görə, hazırda uşaq pulu müavinəti gündəmdədir: “Bəziləri seçki dövründə populist şüarlar irəli sürür, vədlər verir, sonra reallaşmır. Ancaq bütün sosial ehtiyacların ödənilməsi istiqamətində layihələrin olmasını təqdir edirəm”. “Yeni Müsavat”
Tarix: 4-02-2020, 10:43