“Bakının ətrafında bəzi yerlərdə yollar pis gündədir...”


Prezident İlham Əliyev ötən gün regionların inkişafına dair növbəti dövlət proqramının icrasının yekunlarına həsr edilmiş konfransdakı çıxışı zamanı Bakıətrafı qəsəbələrdə küçələrin və məhəllədaxili yolların bərbad vəziyyətdə olmasına da toxunub.

Sitat:

-Bu il Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq. Keçən il biz bu işlərlə daha geniş miqyasda məşğul olmağa başlamışıq. Əlbəttə ki, bəzi qəsəbələrdə yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir. Biz ən ucqar dağ kəndlərinə gözəl yollar çəkirik. Amma burada - Bakının ətrafında bəzi yerlərdə yollar pis gündədir. Ona görə müvafiq göstərişlər verilib. Keçən il bu sahəyə daha böyük diqqət ayrılıb və bu il də yol çəkilişi proqramları arasında bu sahə prioritet təşkil edəcək.

Bütövlükdə bu il min kilometr avtomobil yolunun çəkilişi nəzərdə tutulur. Keçən il də min kilometr nəzərdə tutulurdu. Ancaq dediyim kimi, keçən il 1300 kilometr çəkildi. İstisna olunmur ki, bu il də çəkiləcək yolların uzunluğu daha böyük olacaqdır.

Tarix: 4-02-2020, 14:03
Xəbəri paylaş





Xəbər lenti