Amerikalı biokimyaçı T.Kolin Kempbell südün istehlak etdiyimiz ən zərərli qidalardan biri olduğunu iddia edib.
"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, alimin sözlərinə görə südün tərkibindəki "kazein" (zülalın növlərindən biridir) adlı maddə xərçəngə səbəb olur.
Alim "Kazein" maddəsinin bədəndə çox yavaş parçalandığını və orqanizmin bəzi nayihələrinə zərər verdiyini bildirir.
Onun Kornell və Oksford universitetləri ilə əməkdaşlıq çərçivəsində apardığı araşdırmada da bu öz təsdiqini tapıb. Ən maraqlı fakt isə süddəki kalsiumun sümüklərimizi möhkəmlətmədiyi, əksinə onların əriməsinə səbəb olmasıdır.
Kolin Kempbell qeyd edir ki, "kazein" maddəsi parçalanarkən meydana gələn "kazomorfin" beyinə təsir edərək, süd və süd maddələrindən asılılıq yaradır. Onun sözlərinə görə, bu heroinin yaratdığı asılılıqla oxşarlıq təşkil edir.
Sabrina Eldarqızı