Nazirlikdəki ikitirəlik sona çatır – Muxtar Babayev Firdovsi Əliyevə qapını göstərir?..
Ramiz Mehdiyev getdikdən sonra Firdovsi Əliyevin ETSN-dəki mövqeləri bir xeyli zəifləyib və onun yaxın günlərdə vəzifədən alınması istisna olunmur...
Ekologoya və Təbii Sərvətlər Nazirliyində ikitirəlik yaxın günlərdə sona çata bilər. Bu barədə
MilliYol.az-a daxil olan məlumatda bildirilir ki, bu üzdən nazirlikdə kadr dəyişikliyinin baş verməsi istisna olunmur. Söhbət Ekologoya və Təbii Sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyevin vəzifədən alınmasından gedir. Mənbə bildirir ki, əslində nazirlikdəki ikitirəlik Muxtar Babyev nazir təyin ediləndən sonra, daha doğrusu Vüqar Kərimov nazirliyin Aparat rəhbəri vəzifəsində Rövşən Cəlilovu əvəz etdikdən sonra başlayıb.
Muxtar Babayevin nazirlikdəki bilinən əsas siması olan Vüqar Kərimovun Firdovsi Əliyevlə ilk gündən əməkdaşlıqları baş tutmayıb. Firdovsi Əliyevin ETSN-də böyük nüfuza sahib olması həm Muxtar Babyevin, həm də Vüqar Kərimovun qısqanclığı ilə qarşılanıb. Bu ikitirəlik iki ilə yaxındır ki, davam edir. Firdovsi Əliyev Hüseyqulu Bağırovun zamanında olduğu kimi nazirlikdə əsas söz sahibi olmaqda davam edib. Lakin Ramiz Mehdiyevin Prezident Adminstrasiyası vəzifəsindən alınmasından sonra Firdovsi Əliyevin mövqeləri xeyli zəifləyib. Ramiz Mehdiyevin “adamı” kimi tanınan Əliyevin son iki ayda xeyli nüfuz itkisinə məruz qaldığını qeyd edən mənbənin bildirdiyinə görə hazırda nazir müavinin ətrafında kimsə qalmyıb. Böyük əksəriyyət tərəf dəyişdirərək Vüqar Kərimovun yanında yer almağa çalışır.
Xatırladaq ki, Fordovsi Əliyev ETSN-də əsasən meşə təsərrüfat idarələrini kurasiya edib. Son zamanlarda isə mətbuatda məhz bu sahədə olan neqativ hallarla bağlı yazıların sayı həddən artıq çoxalıb. Mənbə bunu təsadüfi hesab eləmir və Firdovsi Əliyevin vurulması üçün titajlandığını güman edir. Qeyd edək ki, yayılan məlumatlara qarşı ETSN-nin mətbuat xidməti də susqunluq nümayiş etdirir. Əvvəllər isə bu heç də belə deyildi.
Tarix: 20-02-2020, 19:53