Bakının bu küçəsində problem bitmir: Qışda palçıq, yayda ilan yuvası
Bakının Xətai rayonunda yerləşən Naximov küçəsi döngə 2 ünvanındakı palçıqlı yollar və cəngəlliyi xatırladan qamışlıq ərazi sakinlərin haqlı narazılığına səbəb olur.Gununsesi.org Baku TV-yə istinadən xəbər verir ki, payız-qış aylarında bu palçıqlı yollar gediş-gəlişdə problemlər yaradır, yaz-yay aylarında isə ərazidəki qamışlıq ilanların yuvasına çevrilir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Baku TV-yə verilən məlumata görə, həmin ərazi diqqət mərkəzindədir.
Hava şəraitinə uyğun olaraq mart ayının ortalarından abadlıq işlərinə başlanılacaq.
Küçələrin palçıqlı olması bir yana, getdikcə havanın isinəcəyini nəzərə alsaq, ilanların burada yaşayan insanlar üçün yaradacağı təhlükəni təsəvvür etmək çətin deyil.
Siam.az
Tarix: 25-02-2020, 10:48