Onkoloji xəstə od püskürdü: “Bizi dövlətimizdən narazı salmayın”

    Hövsan qəsəbəsi 23 sayli xəstəxanada vəziyyət olduqca acınacaqlıdır.
Bu sözləri dosye.org-a şikayət qismində Məmmədova Sevic Məmməd Tağı qızı əmakdaşlarımızla söhbət zamanı bildirib. Onun dediyinə görə, xəstəxanaya müraciət edənlər xəstələr qəti qərarə gəliblər ki, birbaşa Prezident Aparatına və yaxud Heydər Əliyev Fonduna üz tutsunlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ankoloji xəstələrə dolayısı yollarla əziyyət verilir.
Bu da əlbətdə ki, vətəndaşları ölkə başçısından narazı salmaq kimi qiymətləndirilir. Vətəndaş S. Məmmədova iddia edir ki, hazırda ankoloji xəstə olmağına baxmayaraq, tələb olunan pulu verib. Lakin xəstəxananın baş həkimi Sənan Əliyev və omkolog Nərgiz həkim tərəfindən dəfələrlə get-gələ salınıb. Ankoloji xəstələrin səhətində ciddi problemləri nəzərə alsaq onlara qarşı sayğısızlıq həkimlərin bir növ özbaşınalığından irəli gəlir.
Əgər vətəndaş tələb olunan pulu ödəyirsə təbii ki, qarşılıqlı formada sənədləri qaydasına salınmalıdır. Bir faktı qeyd edək ki, həmən sənədlər üçün vətəndaş heç bir halda həkimə pul ödəməməlidir. Ən azından dövlətimizin onlara göstərdiyi diqqət və qayğı danılmazdır.
Onu da nəzərinizə çatdıraq ki, vətəndaş Sevinc Məmmədova  ölkə başçısı cənab İlham Əliyevə və  birinci vitsa- prezident Mehriban xanım Əliyevaya müraciət etməyi düşünür.
Dosye.org olaraq bir daha bildirmək istəyirik ki, bəzi dövlət qurumları və onların tabeçiliyində olan əməkdaşları bilərəkdən və yaxud bilməyərəkdən vətəndaşları dövlətdən və dövlət başçısından narazı salmaq üçün bütün vasitələrdən istifadə edirlər. İnanırıq ki, məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürüləcək və ankoloji xəstə Sevinc Məmmədovaya lazımı köməkliyi göstərəcəkdir. Növbəti yazılarımızda Hövsan qəsəbəsi 23 sayli xəstəxanada baş verən hadisələrdən geniş məlumat veriləcək.
Araşdırmalarımız davam edir…
Tarix: 25-02-2020, 12:10
Xəbəri paylaş





Xəbər lenti