Əvvəl dilənir, pul verməyəndə isə... – Baş bəlasına çevrilən dilənçi mafiyası – VİDEO – FOTO

 

Kimisi özü dilənir, kimisə bu işə azyaşlıları vadar edir. Kimisi də xırda ticarət pərdə altından insanlardan pul tələb edir.

 ARB TV –nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

 Bu işi qazanc mənbəyi olaraq görən dilənçilərin əsas hədəfləri isə əcnəbilər – xüsusən ərəb turistlərdir. Hətta onların ayağından, əlindən yapışıb, xırda pul yox, kağız əskinas tələb edirlər.

 Yazıq, məzlum kimi dil tökən bu dilənçilərin əsl üzləri isə istədikləri məbləği əldə etmədikdə üzə çıxır. Bir neçə saniyə əvvəl yalvardıqları insan bu dəfə təhqir, söyüş dolu sözlərə tuş gəlir.

 Onların öz “iş məkanları”nı tez-tez dəyişmələri, uzun müddət bir yerdə dayanıb dilənmədikləri də diqqətimizdən yayınmadı. Dilənçilərlə söhbətimiz zamanı aydın oldu ki, polis onlara göz açmağa imkan vermir.

 Dilənçi: “8-də gəlib, 9-da gedirəm. Çox oturmuram, polis gəlir, qaçıram”.

 Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən bildirildi ki, bu işi həyat tərzinə çevirən, ətrafdakı insanlara narahatlıq yaradan dilənçilərlə mübarizə üçün vaxtaşırı reydlər keçirilir.

 Biz üzərimizə düşəni etdik, qaldı aidiyyəti qurumların məsələyə reaksiyası...



Tarix: 5-03-2020, 16:06
Xəbəri paylaş





Xəbər lenti