Dünyada koronavirusun pandemiya elan edilməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatı virusdan müdafiə yolu axtaranların sayını daha da artırıb.
Belə bir vəziyyətdə ispaniyalı mütəxəssislər virusdan qoruyan ərzaq və içkilərin siyahısını açıqlayıb.
Cebhe.info xəbər verir ki, bu siyahıya sarımsaq, zəncəfil, yaşıl çay, kefir və s. daxildir.
İspaniyalı mütəxəssislər hesab edir ki, bu ərzaqlar immun sistemin gücləndirilməsində böyük paya malikdir. Bu sırada ilk yerdə sarımsaq dayanır. Təbii antibakterial xüsusiyyətə malik olan sarımsaq həm də virus əleyhinə dirəniş yaradır.
Mütəxəssislər menyuya toyuq və ya hindquşu bulyonu daxil etməyi vacib hesab edib. Kartof, brokoli də süfrədən əskik edilməməlidir.
Antivirus ərzaqları siyahısına göbələk, qara şokolad, sitrus meyvələri, nar, kivi, şpinat da daxil edilib.
İmmuniteti gücləndirmək üçün mütəxəssislər zəncəfil və sarıkök qarışımından ibarət isti içkini, kefir və yaşıl çayı məsləhət görür.