Sumqayıt təhsilində biabırçı vəziyyət... - ŞİKAYƏT


 “Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
Sumqayıt TŞ-nin müdir kreslosu
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal 500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.
Tarixi mənbələrə görə mövcudluğu 1580-ci illərə təsadüf edən Sumqayıtın əsası 1938-ci ildə qoyulsa da 1949-cu il tarixdə şəhər statusu verilmişdir. Əhali sayına görə Respublikamızın 3-cü böyük şəhəri sayılan Sumqayıt şəhərində digər dövlət qurumları ilə paralel “fəaliyyət” göstərən Sumqayıt Şəhər Təhsil Şöbəsi də var. Və hal-hazırda Arzu Şirxan qızı Alızadə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini daşıyır.
Bu yerdə, bəzi ağzıgöyçəklər, Sumqayıt şagird kontingentinin həm respublika daxilindəki, həm də Respublikamızdan kənarda keçirilən müxtəlif olimpiada və yarışlarda qalib gəlməklərini əsas götürərək xanımı müdafiə etməyə çalışacaqlar.
Bu məqaləni oxuyan şəxslərdə aydın təsəvvürün yaranması və qərərsiz mövqeyimizi sərgiləmək üçün Sumqayıt Təhsil Şöbəsinin son 5 ilinə qısa bir səyahət etməyə çalışacağıq.
Beləki, 2016-cı ildən 2020-ci ilin bu gününə kimi Sumqayıt Təhsil Şöəsinə 4 nəfər başçılıq edib. Bundan 3-ü müdir, bir nəfər isə müdirəvəzi. Buna səbəb nədir deyə sual yaranır?
Azərbaycan təhsilinin tərkib hissəsi olan Sumqayıt təhsil şöbəsində son zamanlar müdir kreslosu isinmək və nəvazişə möhtac qalıb. Ya müdir əvəzi kresloya əyləşib onu isitmək dərəcəsinə çatdıra bilmir, ya da ki, təyin olunan yeni müdir “yaxşı” işlərinə görə daha böyük vəzifəyə təyin olunur. Nəticədə zərbə təhsilin inkişafına dəyir.

Sumqayıt TŞ-də müdir kreslosu

Sumqayıt şəhər məktəblərində qanunsuzluqların pik həddə çatmasının əsas səbəbi kimi müdir kreslosunun nəvazişə möhtac qalmasını göstərmək olar.
Ruhiyyə İsabala qızı Tağıyeva - 2016-cı ilin aprel – noyabr
Nizami Namazov - 2016-cı il noyabr – 2018-ci il aprel
Ramin Abbasov – 2018-ci il aprel – 2019-cu yanvar
Arzu Şirxan qızı Alızadə - 2019-cu il yanvar – H/H kimi
Burada istər-istəməz bir sual meydana çıxır. Müdir kreslosunun tez-tez dəyişməsinin səbəbi nədir?
Uğursuz kadr seçimi? Yoxsa təcrübəsizlik? Bəlkədə Təhsil Nazirliyi ilə yerli icra orqanının çəkişməsi?
Səbəbin hər nə olmasından asılı olmayarq sonda zərbənin azərbaycan təhsilinə dəyməsi mübahisə olunmayan haldır.
Hesabatlarda təhsilin inkişafına, aparılan islahatların səmərəliliyinə şübhəmiz olmasa da nəticə göz qabağındadır...
Ardı var.
Adları hallanan şəxslərin və qurumların da mövqeyini dərc edə bilərik.
/xeberfakt.az/
Tarix: 19-03-2020, 09:21
Xəbəri paylaş





Xəbər lenti