Astroloqdan 2020 ilə bağlı son proqnoz

 

2020-ci ilin perspektivləri əvvəlcədən də “son dərəcə mürəkkəb” kimi nəzərdən keçirilib.


“Yeni Sabah” bildirir ki, bu barədə rusiyalı məşhur astroloq özünün “Instagram” hesabında yazıb.

Onun sözlərinə əsasən, bu, 2020-ci ildə baş tutacaq iki Günəş və dörd Ay tutulması ilə izah olunur.

“Altı isə olduqca çoxdur. Üstəlik, 2019-cu ilin dekabrında baş verən Ay tutulması da hazırda baş verənlərə təsir edib. Ay və Günəş tutulmaları həmişə fövqəladə  və qeyri-adi vəziyyət yaradan vacib astroloji faktordur. Adətən, ildə 4-5 tutulma olur, bundan artıq olduqda isə xoşagəlməz nəticələr yarana bilər”, - deyə astroloq qeyd edib.

Tarix: 21-03-2020, 09:12
Xəbəri paylaş





Xəbər lenti