Sonuncu qərardan sonra təhsil sistemində nələr olacaq... - Açıqlama


muellim_0298

Təhsil eksperti Kamran Əsədov Nazirlər Kabineti tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərarın təhsil sisteminə aid olan hissəsini şərh edib.


“Qafqazinfo” xəbər verir ki, ekspertin sözlərinə görə, “qərar Təhsil Nazirliyinin dövlət qulluqçularına şamil edilir” kimi ayrıca bənd yoxdur deyə, bu, bütün dövlət təhsil sistemində çalışanlara şamil olunur:


Kamran Əsədov Kamran Əsədov


“Çünki qərarda qeyd olunur ki, “bu dövlət orqanları və onların tabeliyində olan qurumların əməkdaşları”, yəni universitet və orta məktəblər də Təhsil Nazirliyinin qurumudur, orada çalışanlar da Təhsil Nazirliyinə tabe olan qurumun əməkdaşıdır. Deməli, Təhsil Nazirliyi 29 aprelə qədər məzuniyyətə göndərildiyi üçün bütün dövlət təhsil müəssisələri də 20 aprel yox, 30 apreldə işə başlayacaq. Amma özəl təhsil müəssisələri 21 apreldən işə başlaya bilər.

Bundan əlavə, məzuniyyət pulu ayrıdır, əmək haqqı ayrı. Məzuniyyətdə işləmədiyin halda ödəniş alırsan. Normal vaxtlarda işləyib əmək haqqı alırsan. Burda da deyir ki, məzuniyyətə göndərilirsiniz, ancaq məzuniyyət ödənişi almayacaqsız. Əmək haqqınızı alacaqsınız. Lakin bunun tədris ili başa çatandan sonrakı 56 günlük ödənişli məzuniyyətə dəxli yoxdur. Bu, məcburi məzuniyyətdir. Bütün hallarda sizin 56 günlük ödənişli yay məzuniyyətiniz qüvvədə qalır.

Bu qərar yalnız dövlət təhsil müəssisələrinə şamil olunur. Özəl sektor nizamnaməsinə uyğun olaraq addım artmaqda sərbəstdir. Yəni, əməkdaşlarını məzuniyyətə göndərib - göndərməmək öz işidir. Lakin karantin rejimi qaydalarına əməl etməlidirlər.

“Müəllimlər dövlət qulluqçusu deyil deyə bu qərar onlara şamil olunmur” fikri yanlışdır. Ona görə ki, (a) Təhsil nazirliyi və onun orqanları - BŞTİ, RTŞ və digərləri məzuniyyətə olduğu halda onun aşağı qurumları, məktəblər, peşə və orta ixtisas təhsili müəssisələri, universitetlər işləyə bilməz.

(b) Əmək haqqlarının təhsil sistemində ödənilməsi ilə bağlı problem və məhdudiyyət nəzərdə tutulmur. Yəni hər kəs aylıq əmək haqqını tam şəkildə alacaq. Bu həm müəllimlər, həmdə digər texniki və yardımçı vəzifələrdə çalışan işçilərə şamil olunur.

Bütün bunlardan sonra dərslərin nə vaxt başlayacağı, yay aylarında dərsin olub-olmaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Bütün fikirlər yalnız təklif və ya istəkdir.

Amma bütün hallarda əmin olun ki, dövlət vətəndaş üçün ən uyğun olanı edəcək”.

Tarix: 22-03-2020, 15:06
Xəbəri paylaş





Xəbər lenti