Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Marja-ya məlum olan məlumatlara görə, indiyədək 65 şirkət, 1 partiya, 1 nazirlik, 1 konfedrasiya, 1 universitet və 1 fiziki şəxs tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 23 milyon 354 min manat ianə ayrılıb.
Fonda könüllü ödəmə edən hüquqi və fiziki şəxslər:
NEQSOL Holding - 5 milyon manat
Azərbaycan Beynəlxalq Bankı - 2 milyon manat
Azercell Telekom – 2 milyon manat
PAŞA Holding – 2 milyon manat
Tabaterra - 2 milyon manat
Akkord Korporasiyası– 1 milyon manat
Azre Təkrarsığorta - 1 milyon manat
Gilan Holding - 1 milyon manat
Avromed Company - 500 min manat
PAŞA Bank – 500 min manat
Kapital Bank- 500 min manat
Xalq Bank - 500 min manat
Bestcomp Group - 300 min manat
AS Qrup İnvestment - 250 min manat
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası - 250 min manat
Xarici İşlər Nazirliyi - 215 min manat
Unibank - 220 min manat
Bank Respublika - 200 min manat
Amrahbank - 200 min manat
Asan Xidmət - 200 min manat
AzeriMed - 200 min manat
Azertexnolayn - 200 min manat
Bakı Abadlıq Xidməti - 200 manat
Bakelektro - 200 min manat
Yeni Azərbaycan Partiyası - 200 min manat
Siyəzən Broyler - 197 min manat
Expressbank - 150 min manat
Yelo Bank - 150 min manat
Amrahsığorta - 100 min manat
Atəşgah Sığorta - 100 min manat
ArchiCO Mühəndislik - 100 min manat
Azər-Türk Bank -100 min manat
Azərbaycan Kooperasiya Universiteti və Kooperasiya Kolleci - 100 min manat
Binə Agro - 100 min manat
Kristal Abşeron - 100 min manat
Qala Sığorta - 100 min manat
Qala Həyat Sığorta - 100 min manat
PAŞA Sığorta - 100 min manat
PAŞA Həyat - 100 min manat
Günay Bank - 100 min manat
Günay Sığorta - 100 min manat
SƏBA - 100 min manat
Rotary Motors, Yeni Motor, Diamond Motors, Subaru Azərbaycan və Toyota Abşeron Mərkəzi birlikdə - 60 min manat
Embawood - 50 min manat
İMA-Energy - 50 min manat
Kontakt Home – 50 min manat
Mətanət A - 50 min manat
Gəncə avtomobil zavodu - 50 min manat
Standard İnsurance - 50 min manat
Xəzər Media Holdinqi - 50 min manat
Azəraqrartikinti - 30 min manat
Fortis Group - 30 min manat
İrşad Electronics – 30 min manat
Graviti - 30 min manat
Aznur (Belaruskiy mağazalar şəbəkəsi) - 20 min manat
Ramin Əhmədov (Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini) - 20 min manat
189 Taxi - 10 min manat
Dizayn İnşaat Qrup - 10 min manat
Foriella - 10 min manat
Clinic Medical - 5 min manat
Technicon Engineers Consulting - 5 min manat
Starex - 5 min manat
Karaca mağazalar şəbəkəsi - 5 min manat
Construction Partners - 1 min manat
SM Consulting - 1 min manat
İdeovate Consulting - 500 manat
Qardaşlar Mebel - ayrılan vəsaitin məbləğini açıqlamayıb
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.
Tarix: 22-03-2020, 15:11