Vətəndaşların döymədiyi qapı qalmayıb... - ŞİKAYƏT

  
Necə qan ağlamasın daş bu gün ki, soyuq və şaxtalı qış fəslində aidiyyatı şəxslər isti yorğan- döşəkdə rahat yatır, 8 ailə isə hələ də soyuqdan donur.
Faktinfo.az xəbər verir ki, Abşeron rayonu Yeni Mehdiabad qəsəbəsi Radiotezləşdirmə idarəsinin yaxınlığında yaşayan 8 ailənin yaşadağı evə maye qaz çəkilişi həyata keçirilmir. Dəfələrlə rayon icra hakimiyyətinə,“Azəriqaz” ASC-yə şikayət məktubları ünvanlayan bu ailələr bir neçə ildir ki, döymədikləri qapı, şikayət etdikləri təşkilat qalmayıb. Onlara verilən cavab isə bu olub: “Öz hesabınıza ümumi dəyəri 7000 AZN olmaqla, qaz xətti çəkişini həyata keçirməlisiniz, əks halda, 2023-cü ili gözləməli olacaqsınız.” Yəni, belə çıxır ki, bu ailələrin pulu yoxdursa hələ bir neçə il də qazsız qalacaqlar.

Sayta verilən məlumatda o da qeyd olunur ki, qazsız qalan 8 ailənin 7000 AZN məbləği ödəməyə imkanı yoxdur. Hətta şikayətçilər onu da bildirirlər ki, istixanalara qaz verilir, həmin yerlərə qaz çəkilişi aparıla bilir, onlar üçün isə bu mümkünsüz hesab edilir.

Təəccüb doğuran odur ki, narazı salınan, sərt qış aylarını maye qazsız keçirmiş olan 8 ailədən biri-Ömərova Kəmalə Ağasəd qızı şəhid övladıdır. Digər iki sakin Muradov Nəriman Sədirxan oğlu və Babayev Alməhəmməd Həsənəli oğlu Qarabağ müharibəsi veteranıdırlar.
Tarix: 24-03-2020, 11:02
Xəbəri paylaş





Xəbər lenti