Sosial vəzifə məsuliyyəti, məmur vicdanı susanda..


Son zamanlar ölkəmizdə baş verənən iqtisadi əyintilər daha da dərinləşir.
Cəmiyyədə qanunlarımızın aliliyi təmin olunmadığından yalan və kələkdən istifadə edən məmur dələduzlarının sayı da çoxalır. Məhsuliyyətsızlik obyektiv realığın əsas səbəblərinin gizlədilməsi, real secimlərdə qeyri müəyyənlik yaratmaq, şübhəli iş etibarı iş kimi qələmə vermək və satmaq, verğilərdən yayınmaq ücün gəlirlərin həcmini sünii surətdə azaltma və sair kimi çoxlu hallar reallaşa bilər, Bu anormallıq bu gün cəmiyyətdə adi halla cevrilmişdi. Nəticədə cəzasızlıq mühitinin yaradılması mənəviyyətsiz mühiti ücün zəmin yaradır. Tarixdə istənilən yalancı qərar, qanlı idarəetmə metodu, amansız mütləqiyyət, avtortar hakimiyyət və irticacı rejim qarşısında sərgilənən hər zaman ictimaiyyət tərəfindən dərin rəğabət və minnətdarlığla qarşılandığı, bu cəsarətin daxilən, lal bir sükutla olsa təgdir edildiyi inkar edilməzdir. Hər kəsin coxluğu, cox az adamın özünün və yaxınlarının hədəsi ilə risk etdiyi bir məqamda sərgilənən cəsarət daim öz əzəməti gözlənilməzliyi və təkrarolunmazlığı ilə diqqət cəkir. Bəzən nəyin ki, onlara, yüzlərlə şəxsi, insan dənızi belə bir anın içində vəcdə gətirir. Hazırki, dünya bizə dərin bir ümidsizlik girdabında çabalamağa sövq edir. Ətrafımızda neqtiv aura, media durumundan süarlarla qara xəbərlər ötürür. Cəmiyyət qeybət girdabı içərisində məhv olub gedir. Yunq öz dövrü üçün xarakterik olan “neqtivə tuşlanmış cəmiyyətlər” gələcək qarşısında ən böyük əngəl hesab edirdi. Onun fikrinə görə , insan şüurundakı sonsuz məkan bir növ insanı həm də məhvidir. Yunq neqativ atmosferin özünün göstərdiyi 3 cəbhədən bəhs edirdi. 1) Neqativ psixologiya –burada bütün mənfiliklər üzərində ixtisaslaşmış kimi görünməsi nəzərdə tutulurdu. Fərdi şüuran artıq çoxdan olduğunu qeyd edən Haydegger fəlsəfəsinin ruhunu da duymaq olur və bu psixologiya üzərinə köklənir. Hamının qarantı təkin işığından güclüdür” 2) Neqativ mühit- Psixologiya tarixində mühitin kollektiv təfəkür qarşısında daha dayanaqlı olduğu söylənılir. Ancaq biz praktiki olaraq düşüncə ieraxiyasına nəzərə alsaq bunun başdan- ayağa doğru olmadığını görürük. 3) Neqativ toplum. Bu yanaşma Yunq arxetiplərində hər şeyin fövqündə dayanırdı. Toplumun ən üss pilləsində sosiologiya mərkəzləri bu düşüncələrdən qurtarmağa başlayır. Empedokla görə insanın cəmiyyətdəki yeri iki başlıca duyğu ilə müəyyənləşir. Birinci sırada qavramaq, ikinci sırada məsulliyət anlaşılır. Empedoklaki qavrama ifadəsi bizim başa düşdüyümüz rasional insan təfəkkürü prosesi deyildi. Emopedoki “hissən qavramaq”dan , duyğuların əsarətinə çevrilmədən, amma duyğuları kənarə atmadan həyata keçən dərketmə
prosesi də hesab edilə bilər. Dil fəlsəfəsini araşdıranda, umumiyətlə, eşitdiyimiz bütün sözlərin və cümlələrin tamam fərqli bir anlam qazanıldığını gördük. İkinci bir tərəfdən söz oynu ədəbiyyatda daha maraqlıdı.. Jurnalistkada bu gün rast gəldiyimiz fikir və ideya yoxsuluğu içərisində bolluca soz külliyatı ona gorə sıxışdırır ki, media konkreti göstərəndə daha inandırıcı olur. Şair və yazarların yaradıcılığında söz oyunu estetkaya xidmət edirsə, fəlsəfə söz oyunu fikrin bitgin və çoxşaxali olmasının göstəricisi sayılır. Dostayevski yazılarının birində məsuliyyətdən qacan və ozünü inkişaf meyarlarından saxlayan insanları mənəvi dünyanın suii- qəsdiçisi adlandırırdı. Məsuliyyət anlayışında çoxlu yeni terminoloji ifadələr yarandı. Bunların bir necəsinə toxunmaq istəyirəm. Ən çox istifadə və məğzum anlamaqla ləng qaldığımız anlayışlardan biri şübhəsiz ki, hüquqi məsulliyətsizlikdi. Belə bir termini cəmiyyətdə baş verirsə onun fəsadları ölkəni dövləti ucruma sürükləyir. Bu gün bəşər insanı üçün daha təhlükəli olan, şübhəsiz, ekoloji məsulliyət duyduğumuzun zəyifliyidir. Qısaca, onu da qeyd edim, ekoloji məsulliyyət izahı da, iki formada mümkündür. Hüquqi leksikondan yanaşsaq, buraya təbiətə vurduğu zərərlərin miqyasına ekologiyanın korlayana gorə müəyyənləşmiş hüquqi cəzalar mexanizmi anlaşılır. Yazımın əvvəlində qeyd etdiyim kimi, indi ətrafımızda məsiliyyətsizlik nəticəsində o qədər ciddi problemlər baş verir ki, bunlara qarşı vaxtında bir münasibət bildirməyəndə, sonralar hamımız bunun acısını öz özümüzdə hiss edirik. Əxlaqı olan, düzgün düşünməyi bacaran hər bir vəzifə sahibi fərdilər məsuliyyətini anlamalıdır. Bir misal kimi deyim. Məsələn, Stomotaloq öz vəzifəsinin məsuliyyətini anlamalıdır, bütün ləvazimatları zamanında dizinfeksiya etməyi vicdanı qarşısında yəqin etməlidir. Onun məsuliyyətsizliyi səbəbindən bir ailə bayram günündə “Hepatit C” sürpriz ilə qarşılaşanda və üzünə deyəndə , ləyaqətsizcəsinə “mən istəməzdim belə olsun” bunun əvəzinə vaxtında tədbir görməyi bacarmalı idi. Harda olmağımızdan, hansı vəzifəni daşımağımızdan aslı olmayaraq, insan məsulliyyətinin önəmini dərk etməyi bir mənəvi öhdəlik kimi anlamalıyıq. Gəlin vicdanımızı susmağa qoymayaq! Düşünək,axı Kəfənin çibi olmur...
Əlizadə Nəhmədağaoğlu
Siam.az
Tarix: 31-03-2020, 12:49
Xəbəri paylaş





Xəbər lenti