Dövlət tərəfindən təhsil haqqları ödənəcək tələbələrlə bağlı AÇIQLAMA



Dövlət tərəfindən təhsil haqqları ödənəcək tələbələrlə bağlı AÇIQLAMA

"Məlum olduğu kimi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu məqsədlə 40 milyon manat ayrılıb".

Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, hal-hazırda mövcud terminə görə sosial həssas qrup əmək qabiliyyəti olmayan və ya əlillik statusuna malik olan şəxslər hesab olunur:

"Amma iqtisadi böhran şəraitində bu qrupun çevrəsi bir az da genişlənir, düşünürəm ki, bizdə də bu tətbiq ediləcək. Yəni sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqını dövlət ödəyəcək deyəndə bura yalnız əlilliyi olan şəxslərə şamil olunmayacaq.

Düşünürəm ki, ailə üzvlərindən hər hansı biri əlil olmayan, amma uşağı təkbaşına böyüdən, oxudan analar, hər iki valideynini itirmiş təhsil alanlar, sosial müavinət alanlara da şamil olunmalıdır".

Təhsil eksperti qeyd edib ki, koronovirusun iqtisadiyyata vurduğu zərəri minimuma endirmək üçün gəlirdən məhrum olmuş şəxslərin təhsil haqqında dəstək vermək lazımdır:

"Nəzərə alsaq ki, 40 milyon manat vəsait ayrılıb bu məqsəd üçün və ortalama təhsil haqqı 2 000 - 2 500 manatdır, deməli azı 16 000 - 20 000 nəfər şəxsi prosesə cəlb edib təhsil haqqında dəstək vermək mümkündür"./lent.az/

Tarix: 6-04-2020, 11:52
Xəbəri paylaş





Xəbər lenti