Şəxsiyyət vəsiqəsinin müddəti bitən işsizlərə ŞAD XƏBƏR
Daxili İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərlə bağlı məlumat yayıb.
Yenisabah.az-a daxil olan birgə məlumata görə, vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.
Bununla da şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.