Kəmaləddin Heydərovun zavodunda nə baş verir? – İşdən çıxarılanlar rəhbərliyin özbaşınalıqlarından danışır

          
Kəmaləddin Heydərovun zavodunda nə baş verir? –
Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir.

Bu fikirlər bir-neçə gün əvvəl İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə yaydığı bəyanatında yer almışdı.

Bəyanatda bildirildi hazırki şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər.

“İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək”.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev də işçilərin işdən çıxarılmaması ilə bağlı iş adamlarına xəbərdarlıq etmişdi.

Amma “Milla” süd zavodunun rəhbərliyi dövlət başçısının xəbərdarlıqlarına əhəmiyyət vermədən onlarla təcrübəli əməkdaşlarını müxtəlif bəhanələrlə işdən çıxartmaqdadır.

“Milla”nın işçilərindən AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, şirkətin direktoru Samir Şirinov, müavini Pərviz Hüseynzadə və logistika şöbəsinin müdiri İsmayıl Tanrıverdiyev əlbir olaraq, qohum-tanışlarını zavodda işə götürdüyü üçün, illərdir burada çalışanları işdən çıxardır.

“Milla”da sürücü işləyən Qasımov Vusal Taleh oğlu işdən çıxarılması ilə bağlı AzToday.az-a bunları danışıb:

“İsmayıl Tanrıverdiyev məni 5 gün Bakı ilə Bərdə arasındakı ərazidə işlətdi. Bu müddətdə yuxusuz qalaraq maşın sürüb, “Milla”nın məhsullarını rayonlara çatdırırdım. Artıq maşın sürməyə taqətim yox idi. Altıncı gün İsmayıl Tanrıverdiyev yenə mənə zəng vuraraq Bərdəyə mal aparmağımı istədi. Mən isə yuxusuz olduğunu və çox yorulduğumu deyib, Bərdəyə maşın sürə bilməyəcəyimi dedim. Bunu deyəndən sonra məni otağına çağıran İsmayıl Tanrıverdiyev dedi ki, yaxşı fikirləş. Getməsən, işdən çıxmağınla bağlı ərizə yaz. Məcbur qalıb, yenidən Bərdəyə getməyə qərar verdim. Gecə saat 4-də qəzaya düşdüm. Qəzadan sonra İsmayıl Tanrıverdiyev məndən maşını düzəltməyi tələb etdi. Ona deyəndə ki, məni məcburən yuxusuz halda göndərdin, maşının xərclərini şirkətin üzərində olmalıdır. Bunu deyəndən sonra İsmayıl Tanrıverdiyev məni hədələməyə başladı. Hər ay maaşımda 400 manat kəsilməyinə də razı oldum. Amma İsmayıl Tanrıverdiyev buna da razı olmadı. Pulu verib-verməyəcəyindən asılı olmayaraq məni işdən çıxardacağını dedi. Nəhayət məni martın 27-də işdən çıxartdi. “Şirkətdə mənim xəncərimin dalı da qabağı da kəsir” deyərək məni hədələdi. İndi məni 3 körpə uşağımla birgə ac-yalavac evdə otuzdurub. Hara müraciət edəcəyimi bilmirəm. Əlacsız qalmışam. Şirkətin sahiblərindən xahiş edirəm ki, İsmayıl Tanrıverdiyev və onun şirkətdə himayə edən Pərviz Hüseynzadə və Samir Şirinovla bağlı tədbir görülsün, onların işləri araşdırılsın. Təkcə mənə qarşı bu özbaşınalığı etməyiblər. Onlarla mənim kimi işçi var”.

Bu arada “Milla”dan AzToday.az-a daxil olan məlumatlara görə, zovod rəhbərliyinin özbaşınalığı ilə bağlı yaydığımız xəbərlərdən sonra işçilərin maaşına bayram pulu adıyla vəsaitlər əlavə olunub. Amma yenə də zavodun təcrübəli işçiləri rəhbərlik tərəfindən hədələnirlər. Məqsəd köhnə işçiləri bezdirib, onların yerinə qohum və tanışlarını işə götürməkdir…

Zavod rəhbərliyinin də münasibətini dərc edə bilərik.
Tarix: 9-04-2020, 15:20
Xəbəri paylaş





Xəbər lenti